İqbal Məmmədovun “Lerik Broyler”ində yoxlamaya icazə verilmədi - DETALLAR
Deputat İqbal Məmmədovun daha bir şirkətində dövlət qurumunun əməkdaşlarına məcburi audit keçirilməsinə icazə verilməyib.
Xalqxeber.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, nəticədə "Lerik Broyler” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə iş başlanıb və baxılması üçün Lerik Məhkəməsinə göndərilib.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində göstərilir ki, "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən, "Lerik Broyler” MMC 26 noyabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Lerik şəhəri, Nəriman Nərimanov küçəsi, ev 38, mənzil 7-də yerləşir. Nizamnanə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi əvvəllər deputatın qardaşı oğlu Nərimanlı Orxan Çingiz oğlu olub. Hazırda ünvan dəyişməsə də, qanuni təmsilçi Nail Rufullalı Nazim oğludur. O, Lerikdəki "Relax" MMC-də otel, satış meneceri və mühasib, Astaradakı "Relax Beach”də administrator işləyib.
Xatırladaq ki, 2019-cu ilin avqust ayında İqbal Məmmədov sahibi olduğu "Relax” İstirahət Mərkəzində vergi əməkdaşlarının döyülməsilə gündəmə gəlmişdi. İstirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək, onları döymüşdü. İnsident zamanı Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilmişdi.
XalqXeber.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?