Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində işçilər kütləvi şəkildə etiraz edir - İDDİA VAR...
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Nəsimi Nəsibov idarəni Cəlilabad rayonuna köçürmək istəyir.
Bu barədə idarənin işçiləri AzToday.az-a məlumat veriblər. Onların sözlərinə görə, ağacların cinsini belə tanımayan Nəsimi Nəsibov idarənin Masallıdakı 2 mərtəbəli təmirli binasını Cəlilabaddakı təmirsiz 3 otaqlı tikiliyə dəyişir. İdarə müdiri işçilərə bunun səbəbini izah etməyib. Amma işə gəlməyənləri dərhal işdən azad edəcəyini bildirib.
İşçilər isə iddia edir ki, 3 il əvvəl təmiri üçün yüz minlərlə manat silinən binanı Meşələrin İnkişafı Xidmətinin rəhbərliyi satmaq istəyir. Buna görə, regional idarəni Cəlilabada köçürmək istəyirlər. Həmçinin, Masallıda regional idarədə çalışan onlarla şəxsin uzaq Cəlilabada gedib-gəlməsinin çətin və məsrəfli olduğunu bilən meşə mafiyası indiki əməkdaşları işdən çıxarmağı planlaşdırır.
İdarə işçilər arasında qruplaşma yaratmaqda ittiham olunan Nəsimi Nəsibovun Meşələrin İnkişafı Xidmətinin (MİX) sabiq rəisi Ağaqardaş Qaraşovun göstərişiylə bu addımı atdığı da yayılan məlumatlar sırasındadır.
İdarə Cəlilabada köçürüldüyü halda daha böyük problemlə Yardımlı meşəçiləri üzləşəcəyi üçün onlar kütləvi şəkildə işdən çıxacaqlarını və Nəsimi Nəsibovun etdiyi qanunsuzluqlara görə məsuliyyətə cəlb olunmasını tələb edəcəklərini bildirirlər. İşçilər nazir Muxtar Babayevin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində baş verənləri araşdırmağa çağırıb…
AzToday.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?