Yataq xəstəsini Şamaxı xəstəxanası niyə qəbul etmir?!. - GİLEY
Ağsu rayon sakini Elşən Nəsib oğlu Məmmədov redaksiyamıza şikayət dolu müraciət göndərib. DİA.AZ-a daxil olan müraciətdə bildirilir ki, E.Məmmədovun həyat yoldaşı Təzəgül Alxan qızı Məmmədova aylardır "polinevropatiya", yəni "aşağı ətrafların tutulması" xəstəliyindən əziyyət çəkir. Dörd aydır yataq xəstəsi olan Təzəgül Məmmədovanın Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin səyi nəticəsində, xəstəxana şəraitində həyatda qalmaq uğrunda mübarizə apardığı da müraciətdə vurğulanır. Müraciət edən E.Məmmədov daha sonra bildirir:
"Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimləri həyat yoldaşımın acınacaqlı xəstəliyinə qarşı nə qədər mübarizə aparsalar da, yoldaşım ömrünün sonuna kimi xəstəxanada qala bilməz axı, bu vəziyyətin qanunla düzələn, yaxşılaşan bir nəticəsi olmalıdır. Bu yol da onun xəstəlik sənədlərinin hər həftənin 5-ci günləri Şamaxı Rayon Mərkəzi Xəstəxanasında xəstələrin vəziyyətini qiymətləndirən regional tibbi komissiya tərəfindən qəbul edilməsi, baxılması, düzgün qiymətləndirilməsi və əlilliyin təyin olunması yoludur. Əllik təyin olunsa, heç olmasa lazım olan müalicə-terapiya xərclərinin bir hissəsini həll eləmək olar. Ancaq bu ilin avqust ayından dəfələrlə Şamaxı rayonunda yerləşən komissiyanın qəbuluna getsək də, komissiyanın sədri, Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Emin Hüseyn heç sənədlərə baxmadan belə, "Bizlik xəstə deyil" - deyib, hər dəfə sanki qapıdan qovurmuş kimi bizə münasibət göstərib. Hətta, İTS-nin region kuratoru Elşən Rəcəbov da həyat yoldaşımın vəziyyətinə biganə qala bilməyib, Emin Hüseynə bu mövzuda müraciət eləyib, lakin bu müraciət də saya salınmayıb. Düzdü, yenə həmin komissiyanın qəbuluna gedəcəyik, amma inanmıram ki, Emin Hüseyn inadından dönüb, yoldaşımın xəstəlik vəziyyətinə ədalətlə yanaşa. Bu üzdən, mətbuata müraciət edirəm ki, bəlkə aidiyyatı qurumlar bu dözülməz vəziyyətdən çıxmağımızda bizə köməklik göstərələr."
Müraciətdə o da qeyd olunur ki, xəstə yataq xəstəsi olduğuna görə, komissiya üzvləri Təzəgül Məmmədovaya hazırda müalicə aldığı Ağsu Mərkəzi Xəstəxanasında baxış keçirilməlidir.
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
XalqXeber.Az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?