SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan direktor niyə işdən çıxarılmır?

Rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan direktor niyə işdən çıxarılmır?

Tarix:

19-10-2022, 14:12

/ 587 dəfə oxundu.
Rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan direktor niyə işdən çıxarılmır?

45 nömrəli məktəbin direktoru Nəcibə Axundovanın iş yerinə gizli gəlib getdiyi iddia olunur

Bir müddət öncə valideyindən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan 45 nömrəli məktəbin direktoru Nəcibə Axundovadan xəbər var. Xalqxeber.az-a daxil olan məlumatda bildirilir ki, Nəcibə Axundova hazırda 45 nömrəli məktəbdə direktor vəzifəsini yerinə yetirir və işə demək olar gizlin gəlib gedir. Məlumata görə Nəcibə Axundova məktəbin müəllim və şagirdlərin valideynlərilə görüşməkdən imtina edir. Bunun səbəbi isə onun bir müddət öncə məktəb şagirdinin valideynilə görüşündə rüşvət istəməsi və həmin danışığın yazılaraq mətbuata ötürülməsidir.

Bildirilir ki, hazırda 45 nömrəli məktəbdə Nəcibə Axundovanın təlimatı ilə valideynləri direktorun müavini, müəllimləri isə katibəsi qəbul edir. 

Qeyd edək ki, rüşvətə istəməsi ilə bağlı səs yazısı yayılan 45 nömrəli məktəbin direktoru Nəcibə Axundovanın vəzifəsindən çıxarılmaması müəmmalıdır. Çünki səs yazısından sonra Təhsil Nazirliyi tərəfindən aparılan araşdırmada məlum oldu ki, səs yazısı həqiqətdir və Nəcibə Axundova şagirdin valideynindən rüşvət istəyib. Ancaq nədənsə Təhsil Nazirliyi Nəcibə Axundovaya sadəcə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verdi. Nazirlik yaydığı məlumatda N.Axundovanın səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmadığını və müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacağı bildirildi.

Ancaq görünən odur ki, rüşvət istəməsinə görə Nəcibə Axundovaya verilmiş cəza sadəcə şiddətli töhmətdən ibarətdir. Bu isə Nəcibə Axundovanın timsalında rüşvət alan digər məktəb direktorlarına bir növ stimul verir. Çünki rüşvət alan direktorlarda korrupsiya əməllərinin üstü açıldığı zaman şiddətli töhmətlə yaxalarını qurtaracaqlarına inanacaqlar. Bu isə ölkə təhsilində korrupsyanın daha da dərinləşməsinə yol açacaq. 

İnanırıq ki, Təhsil Nazirliyi açıq-aşkar rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan 45 nömrəli məktəbin direktoru Nəcibə Axundovanı digər direktorlara örnək olsun deyə sözün həqiqi mənasında cəzalandıracaq.

Şərhlər

XƏBƏR LENTİ