Sabunçu sakini: “Dolanışıq üzündən böyrəyimi satmaq məcburiyyətində qalmışam”
Nahid Alıyev işdən çıxarıldığı şirkətin rəhbərliyi ilə görüşə bilmir
“10 ildən artıqdır işlədiyim “Azfen” birgə müəssisəsindən işdən çıxarıldım. Kimin qohumu-tanışı vardısa, onları tapşırıqla işdə saxladılar, mənim kimi himayədarı olmayanlara da dedilər ki, iş bitib. Ailə vəziyyətimi də nəzərə almadılar. 4 gündür mağazadan çörəyi belə nisyə alıram”.
Bunu Meydan TV-yə Sabunçu rayonu, Natəvan küçəsi 37 ünvanda yaşayan, 1983-cü il təvəllüdlü Nahid Abbas oğlu Alıyev deyib. Onun sözlərinə görə, qardaşı Vahid Alıyev İkinci Qarabağ Müharibəsində həlak olub, şəhid statusu alıb. Nahid Alıyevin 3 övladı var. Deyir ki, qardaşından sonra valideynləri də onun himayəsindədir.
“Ailə vəziyyətimi bilirdilər. Başqa işə keçirmədilər, hətta aşağı maaşlı işlə də təmin etmədilər. Valideynlərim Daşkəsən rayonunda yaşayırlar. Atam 11 ildir yataq xəstəsidir. Ailəmin, övladlarımın qarşısında çarəsiz duruma düşmüşəm”,- Alıyev söyləyib.
Şikayətçinin sözlərinə görə, şirkət rəhbərliyi ilə görüşüb dərdini deməyə çalışıb. Lakin mühafizəçi içəri keçməsinə icazə verməyib. Yerli telekanallara çıxıb danışmaq istəyib, lakin onlar da dərdini dinləmək istəməyiblər. N.Alıyev deyib ki, dolanışıq üzündən böyrəklərini satmaq məcburiyyətində qalıb. Amma bunun da qanunsuz olduğunu bilir: “O qədər çarəsizəm ki, nə edəcəyimi bilmirəm”.
AZFEN B.M. 1996-cı ilin yanvarında Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib.
Şirkətin telefonlarını cavablandıran əməkdaş suallara cavab vermək istəməyib. Deyib ki, işdən çıxmış adamlar haqqında suallar cavablandırılmır. Bununla belə, Meydan TV şirkətə yazılı sorğu göndərib.Meydan TV

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?