Qanunlara meydan oxuyan “İnter” MMC Bakıda yolu dağıtdı və sakinləri susuz qoydu - ÖZBAŞINALIQ!
Adı qalmaqallarda hallanan “İnter” MMC və şirkətin sahibi Qabil Əlyevin apardığı qanunsuz tikinti işləri nəticəsində Xətai rayonunun onlarla sakinini susuz qalıb. Həmçinin, Bakı Ali Neft Məktəbinin qarşısındakı yolun bir hissəsi dağılıb.
Xalqxeber.az AzToday.az-a istinadla xəbər verir ki, Bakı İnzibati Məhkəməsinin Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən 0,73 ha torpaq sahəsində tikinti işlərinin dayanadırılması barədə qərarı olmasına baxmayaraq, “İnter” MMC işləri davam etdirməkdədir.
Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru Vüsal Umarovun 30.07.2022-ci il tarixində tərtib etdiyi akta görə, sözügedən ərazidə “İnter” MMC və Qabil Əliyev başda olmaqla başqa şəxslərə tikinti işlərini aparmaq qadağan olunur. Lakin, Qabil Əliyev qanunlara saymamazlıq nümayiş etdirərək işləri dayandırmamışdır. Şikayətçi tərəflərin dəfələrlə işlərin dayandırılmaması ilə bağlı Xətai rayon İcra və probasiya şöbəsinə məlumat verməsinə baxmayaraq, heç bir tədbir görülməyib. Nəticədə baş verən qəza yolun dağılması və yaxınlıqdakı yaşayış binasına gedən su borusunun partlamasına gətirib çıxarmaqla yanaşı “İnter” MMC rəhbərliyinin qanunlara meydan oxuduğunu bir daha ortaya qoyub. Eləcə də Xətai rayon İcra və probasiya şöbəsinin hansısa səbəbdən “İnter” MMC qarşısında aciz qalması sakinlərin susuz qalması ilə yanaşı yol təsərrüfatına böyük məbləğdə ziyan dəyməsini şərtləndirib.
Şikayətçilərin sözlərinə görə, Qabil Tofiq oğlu Əliyevin saxta sənədlər əsasında gördüyü işlər məhkəmələrdə tam sübuta yetirilsə də, onun barəsində hər hansı bir tədbir görülməyib. Həmçinin, “İnter” MMC rəhbərinin əməllərindən maddi ziyan çəkənlərin də haqqı geri qaytarılmayıb…
XalqXeber.Az




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?