SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunub

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunub

Tarix:

7-10-2022, 10:52

/ 411 dəfə oxundu.
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunub

 
 
Bu gün Vətən müharıbəsində şanlı Orduzun işğaldan azad etdiyi torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizi çox sevindirir. Ölkə başçısı cənab İlham Əliyev tez-tez işğaldan azad edilmiş bölgəyə səfərlər edərək görülən işlərlə maraqlanır, hər səfərində hansısa obyektin ya açılışını edir, ya da təməlini qoyur. Oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri bunun əyani təsdiqidir.
Ağdam işğal dövründə ən cox zərər çəkmiş rayonlardandır. Şəhər tamamilə dağıdılıb. 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Şəhərdəki dağıntıların şahidi olan xarici nümayəndə heyətlərinin üzvləri və jurnalistlər onu “Qafqazın Xirosiması” adlandırıblar.
Ona görə də oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun məhz Ağdamda keçirilməsi heç də təsadüfi deyildir. 44 xarici ölkədən olan 130-dan çox nümayəndə heyətinin qatıldığı bu mötəbər forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etmişlər.
Ölkə başçısı Forumdakı çıxışında Ağdamın və digər şəhərlərimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdıldığının xüsusi vurğulamışdır. Qeyd edilib ki, bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun da səbəbi Ermənistan dövlətinin müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdməsi idi.  Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.
Forumda qeyd edildi ki, bu qarşımızda deran ən ciddi problem Ermənilərin işğal dövründə ərazilərimizə 1 milyondan çox mina basdırmalarıdır. Hazırda genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. Ermənilərin Azərbaycan tərəfinə təqdim etdikləri mina xəritələrinin isə yalnız 25 faizi həqiqətə uyğundur.
Bu gün işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti, bərpa işlərinə başlanılıb. artıq məcburu köçkünlərin birinci qrupu öz döğma yurdlarına köçürülüb. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunur və artıq Böyük Qayıdış proqramının icrasına başlanılıb.
Təkcə Ağdam rayonunda həyata keçirilən işlərə nəzər salaq. Uzunluğu 44,5 kilometr olan Bərdə-Ağdam avtomobil yolunun çəkilməsinin 75 faizi icra olunub. Həmçinin ölkə başçısının Ağdama səfəri günlərində rayonun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Ölkə başçısı Ağdam rayonunun Xıdırlı kəndinin təməlqoyma mərasimində iştirak edib. Bu kənddə 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Ağdam rayonunun Kəngərli kəndinin də təməli qoyulub. Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Eyni zamanda 1720 nəfər (425 ailə) əhalinin yaşayacağı Sarıcalı kəndinin təməli qoyulub
Hazırda Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Ölkə başçısının iştirakı ilə  Ağdam şəhərində təməli qoyulan “City Hotel Agdam” mehmanxanası müasir səviyyədə inşa olunacaq, rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılacaqdır.
Bu gün Ağdamda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələri bərpa edilir. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Ağdamda dəmir yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı yaradacaq. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək.
Bütün bunlar azad edilən ərazilərin tezliklə gözəl məkana çevriləcəyi ümidlərini artırır.
 
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

Şərhlər

XƏBƏR LENTİ