DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ VAHİD ALIYEV VƏ AMİL QULİYEV ANILIB
Oktyabrın 2-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilmiş Vətən müharibəsi şəhidləri gizir Alıyev Vahid Abbas oğlunun və əsgər Quliyev Elvin Amil oğlunun anım günlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidlərin ailə üzvləri, rayonun şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidlərin məzarları ziyarət edilib, gül dəstələri düzülüb, dualar oxunub.
İcra başçısı Əhəd Abıyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi zəfərdən, habelə şəhid Vahid Alıyevin və şəhid Elvin Quliyevin şərəfli həyat və döyüş yolundan söhbət açıb, Şəhidlərin ailə üzvlərinə bir daha da rayon ictimaiyyəti adından başsağlığı verib.
Şəhidlərin valideynləri – Vahid Alıyevin atası Abbas Alıyev, anası Pəri Xəlilova, şəhid Elvin Quliyevin atası Amil Qənbərov, anası Elnarə Quliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra Daşkəsən Şəhidlər Xiyabanında şəhid ailələri və qazilər üçün yeni tikilmiş görüş yerində ehsan süfrəsi açılıb. İcra başçısı Əhəd Abıyev şəhid valideynləri və qazilərlə çay süfrəsi arxasında görüş keçirib, onlarla söhbət edib, bir daha da qayğıları ilə maraqlanıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini



















Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?