Abşeronda Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib
Abşeron rayonunda Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon prokuroru Qabil Qasımov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, o cümlədən rayon prokurorluğunun əməkdaşları iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev peşə bayramları münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib. Bildirilib ki, 17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prokurorluq işçilərinə və bu səhənin inkişafına hər zaman böyük diqqət göstərir.
Abşeron rayon prokuroru Qabil Qasımov və rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev çıxış edərək respublikamızın prokurorluq əməkdaşlarının çox çətin və şərəfli işindən danışıblar. Respublika prokurorluq orqanlarının cəmiyyətimizdəki rolu, bu orqanın tarixi keçmişi və müstəqillik illərində görülən işlər barəsində ətraflı məlumat verilib.
Sonda bir qrup prokurorluq orqanı işçisinə Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?