Gədəbəydə sakinlər NARAZILIQ EDİR - Bələdiyyə isə "pul yoxdur" deyir...
Gədəbəy rayonunun Düzyurd kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkir.
Xalqxeber.az bildirir ki, belediyye.net-ə yazan sakinlər kəndin yol infrastrukturunun olmadığından narazıdırlar.
Deyirlər ki, bu qədər əhalisi olan kəndin problemini həll etmək istəyən qurum tapmırıq. Hara müraciət edirik baxan olmur, hansı qapını döyürük üzümüzə bağlanır.
Qeyd edək ki, Düzyurd kəndindin 3000-dən artıq sakini var. Bu qədər çox əhalisi olan kəndin avtomobil yolunun təmirsiz olması sakinlərin həyat şəraitini çətinləşdirir. Xüsusən də yağmurlu günlərdə məktəblilər məktəbə gedərkən ciddi problemlər yaşanır.
Sözügedən avtomobil yolunun uzunluğu 2 km-dən çoxdur. Sakinlər aidiyyatı qurumların nə vaxtsa bu problemi aradan qaldıracağına ümid etsələr də, vəziyyət o qədər də ürəkaçan deyil.
Məsələyə münasibəti öyrənmək üçün üz tutduq Düzyurd bələdiyyəsinə. Bələdiyyə sədri Cəmil Abdullayev müsahibə verməkdən imtina etdi.
Lakin bildirdi ki, hazırda bələdiyyənin büdcəsində yetərli vəsait yoxdur. Bu səbəbdən də yolu təmir edə bilməyəcəklər.V XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?