"İmtinanın səbəbi mənə bildirilməyib" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
İmişli rayon sakini, eyni zamanda 44 günlük vətən müharibəsi zamanı düşmənə qarşı mübarizədə sağlamlığını itirmiş Nahid Şıxalıyev yenidən "DogruXeber.az"a müraciət edib.
Agentliyimizin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan qazi Nahid Şıxalıyevin dəfələrlə müvəqqəti yaşamaq üçün fərqi yoxdur yataqxana, yaxud ev - heçolmasa bircə otaqlı da olsa yer istədiyini və bununla bağlı agentliymizdə də məlumatlar yayımlandığını izləyicilərimiz bilir yəqin ki?!
Nahidin bu istəyi yerli İcra Hakimiyyəti tərəfindən artıq iki ilə yaxındır ki, təmin edilməyib. Bildirir ki, hələ də ailəsi və azyaşlı övladı ilə kirayədə yaşayır və kirayə pulunu verməkdə çətinlik çəkir.
Nahid Şıxalıyev bildirir ki, - "Əlillər üçün verilən avtomobil növbəsinə yazılmışdım, ordan da imtina gəldi. Lakin, imtinanın səbəbi mənə bildirilməyib.
"Özünüməşğulluq" proqramına qoşulub, təsərrüfatla - heyvandarlıqla məşğul olmaq istədim, o da olmadı.
Mənə heçolmasa əkin üçün torpaq sahəsi də verilmir. Rayonda müraciət etmədiyim dövlət idarələri qalmayıb. Hansına üz tuturam, əlim ətəyimdən uzun qayıdıram. Artıq, kimə, hara müraciət edəcəyimi bilmirəm".
Aidiyyatı tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
DogruXeber.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?