“Melisa” Bakıda insanlara təhlükə yaradır - VİDEO
Nərimanov rayonunda “Melissa Group” tikinti şirkətinin tərkibində uzun illərdir fəaliyyət göstərən “Zirvə-A” MTK mənzillərin düz qarşısında tikinti işi aparır. Həm də sakinlər həmin ünvanda yaşaya-yaşaya...
Bu təhlükəli vəziyyətlə bağlı APA TV həmin ərazidə olub, oradan videomaterial hazırlayıb.
Xalqxeber.az həmin materialı təqim edir:
Nərimanovda Nəsib bəy Yüsifbəyli 51-53 ünvandakı 20 dən çox ailənin illərdir yaşadığı mənzillərin qarşısı hasara alınıb. Yəni evlərin pəncərəsinin qarşısı sakinlərə heç bir xəbərdarlıq olmadan bağlanıb.
Hasarla evlərin pəncərələri arasında təxminən 2 metrə yaxın məsafə var. Son dərəcə təhlükəli vəziyyət yaranan bu məhəllədə sakinlərin qapı-pəncərəsinin önünün qeyri-qanuni olaraq hasarlanması azmış kimi, tikinti şirkəti də heç bir təhlükəsizlik tədbiri görməyib. Məhəllə sakinlərinin Fövqəladə Hallar Nazirliyinə müraciətinə cavab olaraq bildirilib ki, təhlükəli vəziyyət nəzərə alınaraq yalnız sakinlər köçürüldükdən sonra tikinti başlaya bilər.
Binada yaşayan Roza Əliyeva deyir ki, illərdir burda yaşayırıq. Qanuni mülkimizdir: “12 nəfərlik ailədir. Günün günorta çağı gəlib nəfəs aldığımız pəncərənin qarşısını kəsiblər. Evimə bitişik ev tikir, bir baxın görün burda necə yaşamaq olar? Qonşuların o biriləri köçürülüb. Xahiş edirəm əlaqədar qurumlardan, xanım Mehriban Əliyevadan nə olar bura iki nəfərlik nümayəndə göndərsinlər. 102-yə zəng edirik deyir ki, mən adam öləndə gəlirəm. Heç kim maraqlanmır, baxmır. Bəlkə qiymətdə razılaşmırsız? Yox, yox. Bizə heç “köçün” deyən müraciət olmayıb”.
Sakinlər deyir ki, ətrafda yaşayanlar çoxdan köçürülüb. Onlara isə heç bir müraciət edilməyib. Binanın tikintisi isə günün günorta çağı aparılır. Digər məhəllə sakinlərinə hətta 2800-3000 min manatda pul ödənilib.
Problemlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün “Melissa Group” tikinti şirkətinin Azadlıq filialının baş ofisinə yönləndiriblər. Tikinti şirkətinin baş ofisində isə bir qədər gözlədikdən və ötür-ötür oyunundan sonra sözügedən tikinti şirkətinin mühafizəçisi əməkdaşları qəbul etdi.
Bir qədər də onun otağında gözlədikdən sonra məlum oldu ki, “Melissa Group”un tərkibindəki “Zirvə-A” MTK problemi həll etmək niyyətində deyil. “Zirvə-A” MTK-nın rəhbər şəxsləri isə məzuniyyətdədir. Sentyabrın 22-dən sonra bizi və sakinləri narahat edən məqamlara aydınlıq gətiriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?