“Soyuq havalarda yoluxma arta bilər” – Təyyar Eyvazov
“Son həftələrdə yeni yoluxma halları artmışdır və buna uyğun olaraq da aktiv xəstə sayının artmasını görürük. Lakin son günlərdə nisbi yüksək səviyyədə stabilləşmə qeyd olunur və hətta bəzi günlərdə infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını üstəlyir”.
Bunu Lent.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, pandemiyanın erkən dövrləri ilə müqayisədə xəstəxanalara yatışların sayı bir o qədər artmayıb:
“Bu və digər məlum səbəblərdən qapanmalara zərurət duyulmur.Yoluxma sayının artımlarının müxtəlif səbəblərlə izah etmək olar. Çox güman ki, əsas faktorlar vaxt keçdikcə populyasion immunitetin zəifləməsi, virusun mutasiya etməsi, daha sürətli yoluxuculuq qabiliyyəti ilə seçilən “omikron” ştamının alttiplərinin dövriyyədə olması, əvvəllər əldə edilmiş immunitetdən müəyyən qədər yayınmadır”.Onun sözlərinə görə, soyuq havalarda virus daha çox ötürülə bilər:
“Üzümüzə gələn soyuq aylarda isə ümumiyyətlə virusun ötürülməsi üçün əlverişli şəraitin yaranacağı düşünülür. Qorunma tədbirləri eynidir, lakin əhalinin pandemiya təcrübəsi əsas götürülməklə tövsiyə xarakteri daşıyır və bu tövsiyələrin əksəriyyət tərəfindən yerinə yetiriləcəyi təqdirdə bu tip alovlanmaları daha ağrısız başa vurmaq mümkün sayılır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?