Yardımlıda dövlət adına TALAN VAR... - Və göz-görəsi...
"Yardımlı rayonunda bu gün rəsmən talan var. İcra başçısı Ayaz Əsgərov və onun quldur dəstəsi rayona sanki qənim kəsiliblər". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza sözügedən rayonun sakinləri adından edilən müraciətdə yer alıb.
Daha sonra müraciət müəllifləri bildirir:
"Yardımlıya elə bir münasibət var ki, sakinlər artıq kimsəsiz, sahibsiz olduqlarını düşünürlər. Çünki Ayaz Əsgərov istədiyini edir, bunun qarşılığında "yuxarılara" edilən şikayətlər qulaqardına vurulur. Dəfələrlə, rayondakı yeyinti faktlarını Prezident Administrasiyası və hüquq-mühafizə orqanlarına göndərsək də, səsimizi eşidən yoxdur. Ona görə də tək ümidimiz mətbuatadır".
Sakinlər yazır ki, rayona abadlıq adı altında ayırlan bütün vəsaitlər şəxsən icra başçısı tərəfindən mənimsənilir: "Dövlət demirik, bir nməfər hüquqşünas lazımdır, araşdrısın görək, yardımlı icra hakimiyyəti adından keçirilən tenderlər necə baş tutur və pullar hara gedir... Yəni fakt faktdır... Kimsə bizim rayonla maraqlanmır..."
Qeyd edk ki, müraciətdə daha ağır ittihamlar da yer alıb. Sübut imkanları olmadığından həmin iddiaları işıqlandırmırıq.
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri rinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?