Şəhid anasından Qurban Məmmədova ismarıc: - "Azərbaycana gəl, sənin..."
“Azərifreedom” kanalının rəhbəri, ADP sədri Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədov şəhidləri təhqir edib.
Xalqxeber.az Cebhe.info-ya istinadla xəbər verir ki, o, Azərbaycanda yüzlərlə, hətta minlərlə saxta şəhid olduğunu deyib. Nümunə olaraq isə şəhid Arəstə Baxışovanı göstərib:
"Arəstə xanımı əgər dövlət və Azərbaycan xalqı şəhid kimi tanıyırsa, mənim qardaşım mayor Rasim Məmmədovu da şəhid kimi tanıyırsa bildirim ki, o bü cür şəhid deyil. Ola bilməz ki, erməninin minasından parça-tikə olan da şəhid olsun, xidmət yerində otaqda ya qısqanclıq zəminində, ya da tüsadüfən tapançanı təmizləyəkən ölən adam da şəhid olsun. Belə şəhidlik olmaz... Sən gedib orada kimləsə zarafatlaşacaqsan... Bu ifadəni işlətmək istəmirəm".
Hazırda Londonda yaşayan Qurban Məmədovun sözügedən çıxışına azərbaycanlılar tərəfindən sərt təpki gəlib. İzləyicilər şəhid xanımı təhqir etdiyinə görə Qurban Məmmədovun şəxsiyyəti barədə mənfi fikirlərini şərh bölməsinə yazıblar.
Cebhe.info-ya Vətən müharibəsinin yeganə xanım şəhidi, Azərbaycan Ordusunun hərbi tibb qulluqçusu olan Arəstə Baxışovanın anası Məktubə Baxışova danışıb.
Şəhid anası deyilənlərə belə reaksiya verib:
"Qələt edir, getsin öz dərdini çəksin. Sadəcə xaricdə oturan bloqerlər dövlətimizin əleyhinə işləyirlər. Həmin Qurban da onlardandır, dövlətimizi, şəhidlərimizi istəməyən adamdır. Şəhid xanımın olmasını bəzilərinin gözü götürmür. Qızım Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Bərxudarovla bir yerdə işləyib. 44 günlük Vətən müharibəsində iştirak etməyə də özü könüllü gedib".
Məktubə Baxışova bildirib ki, dövlətimizin əleyhinə çalışan adamlar şəhidlərimizi biabır edirlər:
"Allah onlara lənət eləsin! Sən kimsən oturmusan orada ağzına gələni danışırsan?! Azərbaycana gəl, sənin dərsini versinlər. Prezidentimizi istəməyən adamlardır, təxribat yaratmaq istəyirlər. Prezidentimiz İlham Əliyev gözəl insandır. Müharibədə bir nəfər də olsun fərari olmadı". XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?