“Dedilər, yer yoxdur, 80 manat versən, ayrıca çarpayı düzəldə bilərik” - Naxçıvan REALLIĞI...
Naxçıvan Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrə çarpayıların 80 manata satıldığı iddia edilir.
Xalqxeber.az xəbər verir ki, bu barədə sakinlər “Gündəlik Naxçıvan”a müraciətləri zamanı bildiriblər. Sədərək rayon sakini Şükür Cavadov deyir ki, bu yaxınlarda sözügedən xəstəxanada əməliyyat olunub. Onun sözlərinə görə, həkimlər sağalana kimi xəstəxanada qalmalı olduğunu bildirsələr də, hazırda palatalarda yer olmadığını deyiblər:
"Dedilər, yerimiz yoxdur, ancaq 80 manat versən, ayrıca otaqda çarpayı düzəldə bilərik. Məcbur qalıb dedikləri pulu verdim, mənə dərhal yer tapıldı. Sığortam ola-ola, əməliyyata da məndən 350 manat rüşvət almışdılar".
Culfa rayonundan olan digər şikayətçi Teymur Vəliyev də çarpayı üçün pul ödədiyini iddia edir:
"Kor bağırsağımdan əməliyyat olunmuşdum. Sığortam olsa da, həkimlər məndən 300 manat rüşvət aldılar. Lakin, sağalana kimi xəstəxanada qalmaq, ondan da baha başa gəldi. Dedilər yer yoxdur, ancaq 80 manat versən, təkadamlıq palatada saxlaya bilərik. 5 gün xəstəxanada yatdım. Demək olar ki, hər dəfə növbə əvəzlənəndə sarğını dəyişən, iynə vuran tibb bacısına, palatanı silib-süpürənə hörmət etməli olurdum. Bir əməliyyat üçün ümumilikdə 800 manat xərcim çıxdı".
Naxçıvan Mərkəzi Xəstəxanasının adının çəkilməsini istəməyən əməkdaşı şikayətlərin əsassız olduğunu bildirdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?