XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Sabiq deputat Kəmaləddin Heydərovu İSTEFAYA ÇAĞIRDI - “Bu nə rəzalət, bu nə biabırçılıqdır?”

Sabiq deputat Kəmaləddin Heydərovu İSTEFAYA ÇAĞIRDI - “Bu nə rəzalət, bu nə biabırçılıqdır?”

Sabiq deputat Kəmaləddin Heydərovu İSTEFAYA ÇAĞIRDI - “Bu nə rəzalət, bu nə biabırçılıqdır?”
5-08-2022, 12:17

 
“Təxminən 2 il əvvəl unutduğum hansısa bir məsələ ilə bağlı FHN-nin "Qaynar xətt"inə zəng etmişdim. Yadımdadır ki, problem həllini öz-özünə tapdı. FHN-ə ehtiyac olmadı. Sadəcə o vaxt diqqətimi o çəkdi ki, müraciətimlə bağlı FHN-dən reaksiya gəlmədi. Hətta bununla bağlı Facebook səhifəmdə Kamaləddin Heydərova replika da yazmışdım. Yadımda qalan odu ki, heç həmin replikama da reaksiya olmadı”.


Xalqxeber.az-ın pravda.az-a istinadən xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov deyib.

E.Hüseynov xatırladıb ki, iki gün əvvəl, yaşadığı Xırdalan şəhərində qaz sızmasından güclü partlayış baş verib: “Eyni bir halın təkrar baş verə biləcəyindən narahat olaraq dünən FHN-nin 112 Qaynar xəttinə 2 dəfə zəng edib xahiş etmişəm ki, ərazi üzrə əməkdaşlardan kimsə mənimlə əlaqə saxlasın. Amma heç bir reaksiya yoxdu. Bu gün bir daha zəng etmişəm. Xəttin o başındakı növbəti "russko yazıçnı" xanıma iradımı bildirmişəm. Mənə deyir ki, "Bizdə müraciətlər təlimata görə 15 gün ərzində araşdırılır, səbrli olun". Deyirəm "Bəlkə 15 dəqiqə sonra partlayış olacaq, nə 15 gün? Hətta belədirsə, bunu mənə niyə siz deyirsiniz, ərazi üzrə səlahiyyətli şəxs yox? Niyə axı bir adam yalandan da olsa zəng edib maraqlanmır ki, "ay vətəndaş nə olub?" Cənab Kəmaləddin Heydərov, bu nə rəzalət, bu nə biabırçılıqdır? "Ömürlük" rəhbərlik etmək istədiyiniz nazirlikdə bu nə anarxiyadı hökm sürür? Digər "Qaynar xətt"lərə- "Təbib", DİN, Azərsu, AzəriQaz və.s zəng edəndə heç olmasa aidiyyatı üzrə ərazidən zəng edib maraqlanırlar ki, nə məsələdir? Sizinkilər heç olmasa bunu formal da olsa etmir. Bəlkə də buna görədir ki, rəhbərlik etdiyiniz nazirlik yarandığı gündən bu günə qədər bircə dəfə də olsa bir uğurlu əməliyyat keçirə bilməyib. Əksinə həmişə biabır olub, qınaq obyektinə tuş gəlib, gülüş hədəfinə çevrilib. “Google”da baxıram, əməkdaşlarımızın adı o cinayət, o rəzalət qalmayıb ki, hallanmasın. Bəlkə yetər? Bəlkə özünüz istefa verib gedib bəstəkarlıq edib, mahnılar yazasınız? Axı sizdə o daha uğurlu alınır".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.