Xırdalanda partlayış olan binanın sakinləri ilə görüş keçirildi
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhəri, Qalubiyyə küçəsi 20-ci məhəllə, 1 saylı beşmərtəbəli yaşayış binasında baş vermiş güclü partlayış nəticəsində ziyan çəkmiş sakinlərlə görüşmək məqsədilə sözügedən ünvana gedib. Görüşdə Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, DTX Abşeron rayon İdarəsinin rəisi Ruslan Rəhimov, rayon prokuroru Qabil Qasımov və zərərçəkmişlər iştirak edib.
Bildirilib ki, güclü partlayış nəticəsində 70 mənzildən ibarət beşmərtəbəli yaşayış binasında 20-dan çox mənzilin pəncərələri, qapıları və bir çox məişət əşyaları yararsız vəziyyətə düşüb.
Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin aidiyyatı strukturları tərəfindən araşdırmalar həyata keçirilir. Araşdırmalardan sonra partlayışın konkret hansı səbəbdən baş verməsi, neçə mənzilə, ərazidəki avtomobillərə və ümumilikdə nə qədər miqdarda ziyanın dəydiyi müəyyən olunacaqdır. FHN-nin verəcəyi rəydən sonra müvafiq addımlar atılacaqdır.
Sakinlərə bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən partlayış nəticəsində zərərçəkənlərin hamısının müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür.
Qeyd edək ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?