Generalın ailəsi ölkəni tərk edib? - Vəkilindən AÇIQLAMA
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyevin ailəsinin ölkəni tərk etməsi barədə xəbər yayılıb.
Bu barədə Qaynarinfo-ya məlumat verən mənbə bildirib ki, generalın ailəsi hazırda Türkiyədədir. İddialara görə, onlar Türkiyədən Avropa ölkələrindən birinə keçmək niyyətindədirlər.
Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov isə Qaynarinfo-ya bildirib ki, iddialar əsassızdır: "Mövlam müəllimin ailəsi heç yerə getməyib. Hazırda Azərbaycandadırlar. Novxanıda yaşayırlar, yoxlaya da bilərsiniz”.
Məlumat üçün deyək ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Həsənlinin sədrliyi ilə Mövlam Şıxəliyev, MTN-nin İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi, Yasin Məmmədov, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov mühakimə olunur. Artıq məhkəmə yekunlaşmaq üzrədir. Son prosesdə prokuror Mövlam Şıxəliyevin 14, Yasin Məmmədovun 12, Vüsal Ələkbərovun 11, Sahib Ələkbərovun isə 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Qaynarinfo XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək