SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Transferlərdən pul qazanan İŞBAZLAR... - Nazirlik xəbərdardır, amma...

Transferlərdən pul qazanan İŞBAZLAR... - Nazirlik xəbərdardır, amma...

Tarix:

2-08-2022, 12:38

/ 476 dəfə oxundu.
Transferlərdən pul qazanan İŞBAZLAR... - Nazirlik xəbərdardır, amma...

İyulun 25-dən 31-dək tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi aparıldı.
Qeyd edək ki, tələbələrin köçürülməsi 2016-cı ildən transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.
Portal Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin olunması məqsədilə yaradılıb. Ancaq təəssüf ki, bəzi işbazlar bu imkandan öz məqsədləri üçün istifadə edib gəlir əldə edirlər. Belə ki, bəzi kodlaşdırma mərkəzləri, işbazlar hər il köçürülmə zamanı tələbələrə öz “xidmətlərini” təklif edirlər. Ən pisi isə odur ki, kluarlarda onların qanunsuz köçürmələrə qədər əllərinin “girdiyi” danışılır.
Hər il tələbə qəbulu dövründə də iş başında olan bu adamlar dövlət universitetinə qəbul olmaq üçün balı çatmayan tələbələrə hansı özəl ali təhsil müəssisəsinə qəbul olunmasından asılı olmayaraq bir semester sonra onları istədikləri universitetə köçürüləcəyi vədini verirlər. Bəzən belə də olur.
Bu məsələ ilə bağlı, daha bir sual cavabsızdır: bir dövlət universitetində hər hansı ixtisas üzrə tutaq ki, 50 plan yeri olduğu halda, bir semester sonra ora əlavə olaraq necə 10 tələbə qəbul etdirilir?! Digər bir tərəfdən bu tələbəsi azalan universitetin maliyyə sistemini zədələyir, hər hansı fakültədə 200 tələbə üçün hesablamalar aparmış, infrastrukturunu, kadr bazasını buna uyğun qurmuş universitet bir semester sonra sürprizlə üzləşir və tutaq ki, 150 tələbə ilə yoluna davam edir.
Və nəhayət, köçürülmə üçün hər hansı ixtisasa qəbul olmuş tələbələr bir çox sayda tələbənin haqqını əlindən alır, onların yerini tutur və bir semester sonra digər yerlərə transfer olaraq, tutduğu yeri boşaldır, universitetə isə təbii ki, həmin yerə qəbul aoarmağa icazə verilmir.
Bu və digər hallar tələbə köçürmələrində şəffaflığı təmin etmək məqsədilə yaratdığı transfer.edu.az portalının şəffaflığını sual altına qoyur. İnsanların prosesin şəffaf şəkildə həyata keçirilməsinə inamını azaldır.
Təhsil eksperti Elçin Əfəndi Bakupost.az -a açıqlamasında deyib ki, bəzi işbazlar özlərinə aid sosial platformalarda tələbə köçürmələrinin sanki bunlar tərəfindən həyata keçiriləcəyinə dair məlumatlar yerləşdirirlər.

Transfer.edu.az portalı barədə ətraflı məlumatı olmayan bəzi valideynlər, tələbələrdə də köçürülmək üçün onlara müraciət edirlər. Hətta bəzi insanlar bu işbazlara son ümid yeri kimi baxır, övladının arzusunda olan universitetə köçürülməsi üçün bu işbazlara istədikləri məbləği artıqlaması ilə verirlər. İnsanlar məlumatsız olduqları üçün bu addımı atırlar. Nəticədə də aldanırlar. İnsanlar köçürmə prosesi üçün bu işbazlara xeyli miqdarda vəsait ödəyirlər. Halbuki tələbələrin köçürülməsi prosesi tamamilə ödənişsizdir:
“Düzdür, elə tələbə və valideyn var ki, köçürülmə qaydalarını tam dəqiqliyi ilə bilmir. Bu səbəbdən də köçürməni edə bilmirlər. Bunun üçün də onların qanuni şəkildə fəaliyyət göstərən mərkəzlərə müraciət etməsi normaldır. Bu mərkəzlər də cüzi bir xidmət haqqı müqabilində köçürülmə prosesi üçün müvafiq sənədləri portala daxil etməklə valideynlərə köməklik etmiş olur. Ancaq tələbə və valideynləri aldadıb bu xidmət üçün onlardan xeyli miqdarda vəsait almaq qanunsuzluqdur, dələduzluq əməlidir. Belə insanlar bu qanunsuz əməllərinə görə, məsuliyyətə cəlb olunmalıdırlar”.
Elçin Əfəndinin dediyinə görə, bu işbazlar insanlarda elə təəssürat yaradırlar ki, sanki portal vasitəsilə köçürülmələrin ödənişsiz, şəffaf şəkildə həyata keçirilməsi məsələsi mifdən başqa bir şey deyil:
“Bəzən elə olur ki, tələbə transfer qaydalarını düzgün yerinə yetirə bilmədiyi üçün köçürülmə baş tutmur. Ancaq işbazlar qaydaları yaxşı bildikləri və köçürülmə prosesini düzgün şəkildə icra etdikləri üçün alınır. Nəticədə də tələbə və valideynlər elə zənn edirlər ki, müəyyən vəsait ödəmədən köçürülmənin baş tutması mümkün deyil. Buna görə də bəzi vali

Şərhlər

XƏBƏR LENTİ