SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Carnaval beach”in QOÇULARI QARABAĞ QAZİSİNİ SÜRÜDÜLƏR - "Hər gün 5-6 manat haradan tapıram ki, sizə verim?"

“Carnaval beach”in QOÇULARI QARABAĞ QAZİSİNİ SÜRÜDÜLƏR - "Hər gün 5-6 manat haradan tapıram ki, sizə verim?"

Tarix:

1-08-2022, 18:50

/ 561 dəfə oxundu.
“Carnaval beach”in QOÇULARI QARABAĞ QAZİSİNİ SÜRÜDÜLƏR - "Hər gün 5-6 manat haradan tapıram ki, sizə verim?"

 
Lənkəran rayonundan olan Birinci Qarabağ müharibəsi qazisi Aftandil Əliyev ona çimərlik ərazisində zor tətbiq olunduğunu iddia edir. Bu barədə “Qafqazinfo”ya qazi özü müraciət edib. Onun sözlərinə görə, hadisə iyulun 30-da Lənkəranın Sütəmurdov kəndinin ərazisində baş verib:

“Ailəmlə dənizə getmişdik. Avtomobili aralıda saxladıq, gördük ki, hər yer hasardır, bir yerdən keçmək lazımdır. Yanımda 3 öz uşağım, 2 nəfər qardaşımın uşağı və həyat yoldaşım var idi. Bir yerdə ara var idi, oradan keçmək istəyəndə iki nəfər yaxınlaşdı və dedilər ki, olmaz. Bildirdilər ki, bura “Carnaval beach” ərazisidir, sahibkarındır, xüsusiləşib, ödəniş etməlisən. Mən dedim ki, özüm də qaziyəm, mənə dənizə girmək lazımdır, hər gün 5-6 manat haradan tapıram ki, sizə verim? Mən öz bildiyim yerdən keçəndə həmin şəxslərdən biri gəlib qolumdan tutub sürüdü, uşaqların yanında mənə zor tətbiq elədi. Uşaqlar qorxub qışqırdılar. Mən uşaqlara görə bu məsələni şişirtmədim, çünki həmin mühafizəçi məndən həm qolda, həm boyda, gücdə qat-qat üstün idi. Tək olsaydım bəlkə də, beynim çönsə vurardım, amma uşaqların yanında özümü saxladım. Belə başa düşdüm ki, həmin mühafizəçilər orada qoçuluq edirdilər”.

Şikayətçinin sözlərinə görə, artıq hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: “Dəniz axı vətəndaşlar üçündür, onu kimsə hasarlaya bilməz. Mən başqa özəl istirahət yerlərinin olduğu ərazilərdə də dənizə girmişəm. Həmişə qarşılayıb restorana, yoxsa çimərliyə gəldiyimizi soruşurlar. Çimərliyə gəldiyimizi deyəndə deyirlər ki, buyurun keçin. Burada isə bizdən pul istədilər. Mən 102 qaynar xəttinə müraciət elədim. Bir müddətdən sonra polisdən zəng etdilər ki, iş günü əlaqə saxlanılacaq və məsələ araşdırılacaq”.

Məsələ ilə əlaqədar sözügedən ərazinin daxil olduğu “Carnaval” Hotellə əlaqə saxladıq. Hoteldən isə belə hadisənin olmadığını bildirdilər: “Belə bir hadisə olmayıb. Heç kimə də bizim ərazidə zor tətbiq edilməyib”.

Ərazinin hasarlanması və vətəndaşlardan çimərliyiə giriş üçün pul alınması ilə bağlı sualımıza isə belə cavab aldıq: “Bizim ərazidə içəridə restioran fəaliyyət göstərir. Ona görə oranı hasarlamışıq ki, içəri hər hansı heyvan girməsin”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, vətəndaş iyulun 30-da çimərlik əməkdaşlarının onunla mübahisə etməsi ilə bağlı DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edib: “Lənkəran Şəhər Rayon Polis Şöbəsində həmin müraciət əsasında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Şərhlər

XƏBƏR LENTİ