Naxçıvanda səhiyyə ağlar günə qalıb - GİLEY
Yerli sakinlər Naxçıvan Doğum Mərkəzindəki şəraitdən narazıdır. Onların sözlərinə görə, mərkəzdə xəstələrə keyfiyyətsiz yemək verilir, lift, telefon və kondiosener işləmir, digər xidmətlər də aşağı səviyyədədir.
Xalqxeber.az-ın məlumatına görə, Şahbuz rayon sakini G. Qafarova "Gündəlik Naxçıvan"a deyir ki, şəraitsizlik ucbatından müalicəsini yarıda qoyub, xəstəxananı tərk etməli olub:
" Mən mütləq xəstəxanada, həkim nəzarəti altında müalicə almalı idim. Orada yatmaq əzabdır, dözə bilmədim oradakı şəraitsizliyə. Əsas da kondisionerin işləməməsi. Yayda Naxçıvanda istilik müsbət 40-45 dərəcə olur. Kondisioner işləməyəndə nəfəs almaq olmur. Deyilənə görə, 3 ildir ki, işləmir. Həyətə də buraxmırlar ki, xəstələr çıxıb nəfəs alsın. Türmədəki kimidi. Bundan əlavə, yeməkləri çox keyfiyyətsizdir. Bu azmış kimi, evdən gələn yeməkləri buraxmırlar. Müalicəmi mütləq həkim nəzarətində davam etdirməliyəm. Sərhədlər bağlanıb, İrana, Türkiyəyə də gedə bilmirəm ki, orada müalicə i davam edim. Bilmirəm, necə olacaq".
Ordubad rayonundan olan digər şikayətçi S. Vəliyev isə deyir ki, lift işləmədiyindən, həyat yoldaşını yuxarı mərtəbələrə xərəkdə aparmalı olublar:
"Yoldaşımın sancısı tutmuşdu, gücnən xəstəxanaya çatdırdıq. Orada məlum oldu ki, lift işləmir. Bizə bir xərək verdilər ki, əlinizdə qaldırın yuxarı mərtəbələrə. Təsəvvür edin, nələr çəkdik. Doğuşdan sonra da 500 manat rüşvət aldılar. Bu qədər pul yığırlar, bir lifti, kondisionerlər düzəldirmirlər. Yeni doğulan uşaq necə dözsün 45 dərəcə istiyə? O xəstəxanada bir gündən artıq dözmək qəhrəmanlıqdır".
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Doğum Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən şikayətçilərin iddialarını təkzib etdilər. XalqXeber.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?