SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Green Park”da nələr baş verir ?- Farizin sahib olduğu “Green Park” restoranında bir yerin qiyməti 250 manatdır...

“Green Park”da nələr baş verir ?- Farizin sahib olduğu “Green Park” restoranında bir yerin qiyməti 250 manatdır...

Tarix:

26-07-2022, 16:20

/ 308 dəfə oxundu.
“Green Park”da nələr baş verir ?- Farizin sahib olduğu “Green Park” restoranında bir yerin qiyməti 250 manatdır...

 
“Sahil” metrostansiyasının üstündə tikilən “Sahil İncisi” çoxmərtəbəli binanın şəriki Fariz kimdir..?

Fariz  “Sahil İncisi”  binasındakı 3-4 otaqlı mənzili 1 milyona satır...

Haqqında bəhs edəcəyimiz mövzuya giriş olaraq  qeyd edək ki, metropoliten kimi strateji  obyektlərin ətrafında mühafizə  zolağı deyilən bir sahə olur. 
Mühafizə zolağında  irihəcmli obyektlərin tikiliməsi, quraşdırılması  təhlükəsizlik cəhətdən yolverilməzdir. Söhbət  hər gün milyondan artıq insanın istifadə etdiyi  metropolitendən gedir. 
Təəssüf ki, Bakı şəhərində  bu qızıl qaydaya nəinki əməl edilmir, hətta  bu qaydalar pozulur. 
Bunu sübut etməyə xüsusi  ehtiyac yoxdur. 
Belə ki, Sahil metro stansiyasının  üstündə tikilən “Sahil İncisi”  çoxmərtəbəli  yaşayış binasını hər gün hamımız görürük. 
Yaxud  “Xətai”  metrostansiyasının   mühafizə zolağında tikilən  23 mərtəbəli  biznes  binası...
Və ya  Nəriman Nərimanov  metrostansiyasının mühafizə  zolağında inşa edilən binalar... 
Bu siyahını uzatmaq da mümkündür. 
Apardığımız araşdırma  zamanı maraqlı rəqəmlə rastlaşdıq. 
Belə ki, Sahil metro stansiyasının  üstündə tikilən çoxmərtəbəli binadakı 3-4 otaqlı mənzillərin qiyməti 750-800 min, bəzən  1 MİLYON civarındadır. 
Görəsən bu mənzilləri almağa  hansı müəllimin, hansı həkimin, hansı mühəndisin imkanı çatar. Əlbəttə, bu binadakı mənzillərin sahiblərinin hamısı dövlət məmurlarıdır. Hətta araşdırma zamanı bu binada  5 mənzili ( yəni 5 milyonu ...) olan məmurlara  da rast gəldik. 
İndi özünüz  təsəvvür  edin ki, Prezidentimiz demişkən, harınlamış məmur  balkonda dayanıb dənizə baxacaq deyə, yüz minlərlə, milyonlarla metro sərnişinlərinin talehi sual altında qalmalıdır. 
Görəsən, sabah iraq olsun hansısa fəlakətli hal baş versə, Metropolitenin keçmiş rəisi, hazırda İnşaat və Memarlıq Universitettinin kafedra müdiri olan Tağı Əhmədov və onun şərikləri olan Fariz və Natiq  “troykası”  bu məsuliyyətdən yaxalarını necə qurtaracaqlar ?
Yeri gəlmişkən, Fariz adlı biznesmenin əməlləri təkcə “Sahil İncisi” çoxmərtəbəli  bina ilə yekunlaşmır. 
Gündəlik-Bakıya daxil olan məlumata görə, Binə Ticarət Mərkəzinə  çatmamış  solda olan möhtəşəm  “Green Park”  restoranı da  Farizə məxsusdur. 
Təsəvvür edirsiniz,  Fariz  öz restoranına keçid üçün  magistralın üstündən öz şəxsi pulu ilə körpü tikdirib. 
Hələ bu harasıdır..? 
Farizin  dəyəri yüz minlər olan yaxtası da var. 
Biz də “Onun arabası var...”  mahnısına qulaq asırıq. 
Bəli, imkanlı şəxslər öz övladlarına  Farizin “Green Park”  restoranında toy edirlər. Toyda bir nəfərin  xərci isə 250 manatdır, yəni ölkəmizdəki minimal əmək haqqından az qala  2 dəfə çox. 
Bəli, bu  acı reallıqdır. Ki, yeni doğulan uşağa uşaq pulu verməyə imkan yoxdur, amma Fariz, Tağı, Natiq kimilər dəyəri milyonlarla ölçülən mənzillərdə yaşayır. Təkcə yaşamırlar ee, həm də  cəmiyyətə və ölkəyə təhlükə  yaradırlar. Yadınıza düşürsə Sahil metrosunun yaxınlığında bina yananda, jurnalistə burcutma deyən Tağı müəllim, "Sahil İncisi" kimi tanınan, Sahil metrosunun üzərində olan binadakı mənzilinin balkonundan yanğını seyr edirdi. Məhz o mənzildir ki, kirvələri həmin mənzili metronun üzərində olduğu üçün Tağı müəllimə pay veriblər. Bu haqda növbəti yazıda. gundelik-baku.com

Şərhlər

XƏBƏR LENTİ