Ziya Məmmədovun DAĞITDIĞI DÖVLƏT BÜDCƏSİ... - Niyə ONA QUSDURULMUR?..
Bu videoda gördüyünüz dağ deyil. Qayalıq ərazi də deyil. Bu, hazırda yenidən qurulan Bakı – Quba yolundan sökülən və tullantıya çevirilən beton qalıqlarıdır.
Xalqxeber.az “Yeni Sabah”a istinadla xatırladır ki, Bakı-Quba beton yolu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun zamanında çəkilib. 2008-ci ildə layihəyə başlananda o vaxtkı nəqliyyat naziri Ziya Məmmədov yola 30 illik zəmanət versə də, onun dayanıqlılığı heç 3 il də çəkmədi...
Rəsmi məlumatlara görə, tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu salınıb.
İndi yol tamamilə sökülüb və yenidən qurulur. Milyonlara başa gələn, Ziya Məmmədovun “əl işi” olan beton yol isə kökünə kimi qazılıb. Yoldan çıxarılan iri beton parçalarını uzağa daşımağa ehtiyac olmayıb. Trassın kənarında həmin qalıqlardan dağlar əmələ gəlib. Sanki açıq muzeydir. Bircə qalıb əsərin kimə məxsus olması haqda böyük bir bildiriş yazılsın ki, bilməyənlər də bu möcüzənin müəllifinin kim olduğunu bilsin. Həm də o bilinsin ki, dövlət büdcəsi hesabına dağ yaratmaq dövlət büdcəsinə dağ çəkmək hesabına başa gəlib...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?