Lavrov Ukrayna taxılı olan gəmiləri kimin müşayiət edəcəyini açıqladı
Rusiya və Türkiyə ilə birlikdə üçüncü tərəf Qara dənizdə Ukrayna taxılı olan gəmiləri müşayiət edəcək.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasına ( LAS ) üzv ölkələrin daimi nümayəndələri ilə görüşü zamanı deyib.
“İstanbulda biz razılığa gələ bildik: Ukrayna minalardan təmizləmə ilə məşğuldur, açıq dənizə gəmilər buraxır, Rusiya, Türkiyə və başqa bir iştirakçı gəmini Bosfor boğazına qədər müşayiət edir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, razılaşmalarla eyni vaxtda İstanbulda imzalanan RF- BMT memorandumu BMT-nin baş katibi Antonio Quterreşi prosesə başlamaq, Qərb ölkələrini razı salmaq və ixraca qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa qərar verməyə məcbur edib.
Diplomat həmçinin qeyd edib ki, ərzaq məhsulları birbaşa Rusiya Federasiyasına qarşı sanksiyalara məruz qalmasa da, ərzaq məhsulları olan Rusiya gəmilərinin xarici limanlara, xarici gəmilərin Rusiya limanlarına taxıl üçün daxil olmasına, habelə ödəniş və sığortaya məhdudiyyətlər qoyulub.
O əlavə edib ki, bütün bunlar Moskvanın günahı ucbatından deyil, koronavirus pandemiyası ilə əlaqədar tədarük zəncirlərinin pozulması, ABŞ və Avropa İttifaqında pulun nəzarətsiz çap edilməsi nəticəsində yaranan qlobal ərzaq böhranını daha da gücləndirib.
Bundan başqa Lavrov bildirib ki, ərzaq ixracı üzrə sazişlərin əsas vəzifəsi Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına maneəsiz çatdırılmasını təmin etməkdir.
Qeyd edək ki, iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələri Qara dəniz boyu Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün taxıl dəhlizinin yaradılması haqqında saziş imzalayıblar . İxrac üçün Rusiya ərzaq məhsulları və gübrələrin tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması haqqında da saziş imzalanıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?