`Broker Əbülfəz` HƏBS YOLUNDA: Oğluna da asan olmayacaq - İLGİNC GƏLİŞMƏ
DTX-nın Dövlət Gömrük Komitəsində həyata keçirdiyi əməliyyatlar komitənin “qara kassası”, Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”nə qeyri-rəsmi rəhbərlik edən Əbülfəz Məlikovun həbsi məsələsini də gündəmə gətirib.
DİA.AZ xəbər verir ki, məlumatlara görə, uzun illər sahibkarların fəaliyyətinə hər vəchlə maneələr yaradan, “monopoliya əfsanəsi” sayılan “Broker Əbülfəz” də yaxın günlərdə istintaqa cəlb edilə bilər. Mediada ermənilərlə qohumluğu ilə bağlı çox yazılan DGK-nın “qara kassası”nın çirkli yollarla qazandığı milyonlarla vəsaiti kimlərlə bölüşdüyünü etiraf etməyə hazırlaşdığı bildirilir.
Həmçinin, iddia olunur ki, “PAPA JOHN’S” restoranlar şəbəkəsinin Azərbaycandakı lisenziyası Əbülfəz Məlikovun oğlu Murad Məlikova məxsusdur.
Məlumatda bildirilir ki, bu brend altında ölkədə 8 restoran açılıb. Gömrük brokerinin oğlunun şəriki isə Kamran Əliyev adlı şəxsdir.
Restoranlar şəbəkəsi Murad Məlikov və Kamran Əliyevin təsisçiləri olduğu “PJA Limited Azerbaijan” şirkəti üzərindən idarə olunur.
DİA.AZ XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?