Tanınmış vəkil Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi - FOTO
Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.
Adəm Məmmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ədliyyə kapitanıdır. Tanınmış vəkil bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsində və magistr dərəcəsi üzrə Rusiya Xalqlar Dostluğu Universitetində təhsil almışdır.
Adəm Məmmədov vəkillik fəaliyyəti dövründə 40-dan artıq bəraətə nail olmuşdur. Hüquqi maarifləndirmə sahəsində xidmətlərinə və ölkənin vəkillik tarixində ən çox bəraət hökmlərinin qəbul edilməsinə nail olduğuna görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Adəm Məmmədov həmçinin telejurnalist kimi də tanınır.
Uzun illər Lider televiziyasında "Hüquq və ədalət", "İnsan və qanun" verilişlərinin aparıcısı olmuşdur. O, Qanunla.az saytının yaradıcısı və rəhbəridir.
Sosial Hüquqların araşdırılması İctimai Birliyinin həmtəsisçisi və sədr müavinidir. Adəm Məmmədov oxucular tərəfindən böyük maraqla qarşılanan "Qətlin sonu" dedektiv-triller romanın müəllifidir. Yazıçının hal-hazırda "Oğurlanmış adam" romanı çapa hazırlanır.
Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edildim. Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim mənə vəsiqəni təqdim etdi.
Qeyd etməliyəm ki, ikinci romanımı bitirmək üzrəyəm.
Azərbaycan Yazıçılar Birliyinə Üzvlüyə qəbul edilməyim mənə yeni romanlar yazmağa, yaradıcılıqla məşğul olmağa daha çox həvəs yaratdı. Başda Anar müəllim olmaqla Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?