Şəmkirdə icra başçısına etiraz edən vətəndaş ÖZÜNÜ YANDIRDI - YENİLƏNİB
Rəşad Tağıyevin Şəmkiri idarə edə bilməməsi şəhid ailələrini, qaziləri, vətən Müharibəsi iştirakçılarını təngə gətirib. Ümumiyyətlə vətəndaşları qəbul etməmək Şəmkir rayon İcra Hakimiyyətinə "dəb halını" alıb. Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.
Xəbəri verən mənbə iddia edir ki, Şəmkirdə qazi özünü icra hakimiyyətinin qarşısında yandırıb: "Buna dözməyən vətəndaşlar artıq özlərinə qəsd etmə həddinə çatıblar".
Onu da qeyd edək ki, məsələ ilə bağlı başçının köməkçisi Elgün Seyidovla əlaqə yaratmaq istəsək də, telefonumuzu qaldıran olmadı.
***
Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub.
Xalqxeber.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, Şəmkir rayonunun Yeni həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.
Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.
İlham Həsənovun intihar cəhdinin səbəbləri araşdırılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək