SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Hüquq Eksperti İsmayıl Zalov: Azərbaycan polisi dünyanın bütün hüquq mühafizə orqanlarına örnəkdir

Hüquq Eksperti İsmayıl Zalov: Azərbaycan polisi dünyanın bütün hüquq mühafizə orqanlarına örnəkdir

Tarix:

2-07-2022, 11:10

/ 697 dəfə oxundu.
Hüquq Eksperti İsmayıl Zalov: Azərbaycan polisi dünyanın bütün hüquq mühafizə orqanlarına örnəkdir

Bu gün, Azərbaycan polisinin yaradılmasından 104 il ötür. Cəmiyyətimizin bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə  yerinə yetirən  polislərin bayramıdır. Doğrudur Azərbaycan polisinin yaranma tarixi daha keçmişə, ötən əsrin iyirminci illərinə təsadüf edir. Amma yenidən Ümummilli Lider  Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla hər il iyulun 2-si "Azərbaycan polisi günü" kimi qeyd edilməyə başlanmışdır. Azərbaycan polisinin fəaliyyəti səmərəli, dövlət və xalq üçün əhəmiyyətlidir. Azərbaycan polisinə qarşı bu diqqət və qayğı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında hiss edir. 
Həqiqətən də asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlıqla mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirən Azərbaycan polisi xalqımızın güvən yerinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin ifadəsində qeyd etdiyi kimi “Polis Azərbaycan dövlətinin, xalqının keşiyində duran mübariz bir orqandır.”
Hüquq Eksperti olaraq, əminəm ki, milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəkdir.
Polis Günü münasibətilə DİN-nin bütün əməkdaşlarını, veteranlarımızı, torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, səadət, çətin, lakin çox şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıram!

Şərhlər

XƏBƏR LENTİ