SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Naxçıvan qapısının bağlanmasından TÜRKİYƏ DƏ NARAHATDIR - ÇOX ÇƏTİN OLACAQ...

Naxçıvan qapısının bağlanmasından TÜRKİYƏ DƏ NARAHATDIR - ÇOX ÇƏTİN OLACAQ...

Tarix:

1-07-2022, 16:41

/ 390 dəfə oxundu.
Naxçıvan qapısının bağlanmasından TÜRKİYƏ DƏ NARAHATDIR - ÇOX ÇƏTİN OLACAQ...

 
Azərbaycan Nazirlər Şurasının qərarı ilə 01 iyul - 01 oktyabr 2022-ci il tarixləri arasında Azərbaycana və Naxçıvana sərnişinlərin girişini dayandırılıb.

Xalqxeber.az ovqat.com-a istinadla xəbər verir ki, bu barədə məlumat Türkiyə mediasında yayılıb.

Məlumata görə, İğdırda həyati əhəmiyyət kəsb edən Naxçıvan qapısının yalnız yük maşınlarına açıq olacağı, avtomobil və avtobusların giriş-çıxışlarına bağlanacağı açıqlanıb.

Iğdır valisi Hüseyin Engin Sarıibrahim də “Yeşil Iğdır” qəzetinə verdiyi açıqlamada bu faktı təsdiqləyib: “2022-ci il iyulun 1-dən oktyabrın 01-dək Azərbaycana və Naxçıvana giriş-çıxış məntəqələri bağlanıb, hava nəqliyyatı ilə daşıma davam etdiriləcək”.

Vali bildirib ki, məsələ ilə bağlı səlahiyyətli qurumları məlumatlandırıb: “Mən indi gömrüyə gedirəm. Sərhəd protokolu hazırlanacaq və biz məsələnin nədən ibarət olduğunu anlamağa çalışacağıq”.

Bildirildiyinə görə, qadağa qərarı Rusiyada Covit-19 pandemiyasının başqa bir versiyasını əsas gətirərək verilib, qapıların təxminən iki ay bağlı qalacağı, lakin İstanbul - Bakı və İstanbul Naxçıvana uçuşlar həyata keçiriləcək.

Iğdır vilayət nümayəndəsi Cabbar Şıktaşın fikrincə, “bu qərarın İğdırda həyata mənfi təsir edəcəyi qaçılmaz bir həqiqətdir və gündəlik sərnişin gediş-gəlişi, tələbə tranzitləri və ticarət əlaqələri ciddi şəkilfə pozulacaq: “Məlum olduğu kimi, ölkəmizdə TL pul vahidi manat qarşısında çox aşağıdır. Orta hesabla 1 manat 10 TL-dir. Bu səbəbdən xüsusilə naxçıvanlılar gündəlik ehtiyaclarını İğdırdan alırlar. Bu, həm naxçıvanlılar, həm də İğdırlı tacirlər üçün yaxşı ticarət fəaliyyəti yaratdı. Pandemiya səbəbiylə yenidən bağlanan qapının 01 oktyabr 2022-ci il tarixində açılacağı şübhəli görünür”.

Cabbar Şıktaş bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin bu qərarı aztəminatlı insanları böyük bəlaya salacaq: “Hər bir sərnişin hava yolu ilə gedə bilməz. Məncə, İstanbuldan Bakıya bir tərəfli uçuş 500 dollara başa gəlir. Bu pulu hər kəsin verməsi mümkün görünmür”.

Şərhlər

XƏBƏR LENTİ