Bakı təhsil idarəsinin müdiri ilə deputat arasında QALMAQAL - "...yalan deyirsə, o, cəzalandırılsın"
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deputat Etibar Əliyevin idarənin müdir müavini Xəyalə Əhmədzadənin qanunsuz təyinatlarla məşğul olması barədə səsləndirdiyi iddialara münasibət bildirib.
Xalqxeber.az APA-ya istinadla xəbər verir ki, idarə müdiri jurnalistlərə açıqlamasında deyib ki, belə əsassız iddiaların rəsmi şəxs tərəfindən səsləndirilməsi təəssüf doğurur.
"Mənə elə gəlir ki, hər hansı fikir rəsmi şəxs tərəfindən səsləndirilirsə, onun əsası olmalıdır. Əgər hər hansı bir əsası varsa, biz hazırıq. Bunun üçün hüquq mühafizə orqanları var, rəsmi qurumlar var. Ora müraciət edib, məsələnin həllinə yönəlməlidirlər. Boş-boş danışmaqla deyil. Mən də çox şeyi deyə bilərəm, iddia edə bilərəm. Hesab edirəm ki, iddialar əsaslı olmalıdır. Əgər Etibar Əliyevin əlində tutarlı dəlillər varsa, buyurub hüquq mühafizə orqanlarına müraciət etsin və məsələnin dərinliyinə gedilsin. Əgər günahkar biziksə, biz cavab verək. Yox, əgər o, yalan deyirsə, o, cəzalandırılsın" - deyə o qeyd edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?