“Macara” otel qubalıların başına hansı dəhşətli məcaraları gətirir? – Video
Quba rayonunun 2- ci Nügədi kəndində 5 hektar sahəni əhatə edən “MACARA” istirahət mərkəzinin həmin ərazidə olan digər sahibkarlara ciddi problemlər yaratdığı, ətrafda olan “Bulaqdərə” su anbarına ciddi ziyan vurduğu haqda məlumatı yerində araşdırmaq üçün Azinforum.az İnformasiya Portalının çəkiliş qrupu həmin ərazidə olub. Qeyd edək ki, “Macara” adlı istirahət kompleksinin Dövlət Neft Şirkətində çalışan Eldar Orucova məxsus olduğu bildirilir. Tikintisinə 2016-cı ildə başlanılan kompleks artıq tam gücü ilə fəaliyyət göstərir.
Məsələ ilə əlaqədar olaraq tikintinin yerləşdiyi ərazinin bələdiyyə sədri Babək Orucov mediaya açıqlamasında bunları deyib: “”Macara” istirahət kompleksinin mənim əmim oğlu, SOCAR-ın İnsan Hüquqları Şöbəsinin müdiri olan Eldar Orucova heç bir aidyyyatı yoxdur. O kompleksi mən tikdirirəm”. Qeyd edək ki, Babək Orucov Eldar Orucovun doğma əmisi oğludur. Qiyməti 10 milyon manatdan çox olan lüks istirahət mərkəzinin hansı vəsaitlə inşa etdirilməsi sualına isə icra nümayəndəsi belə cavab verib:
“Mənim şəxsi təsərrüfatım var. Ordan qazandığım pullarla tikdirirəm istirahət mərkəzini”.
Qeyd edək ki, “Macara”nın bir hissəsini zəbt etdiyi göl Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansındadır. Hazırda göl hasarlanaraq istirahət kompleksinin ərazisinə daxil edilib. Azinforum.az həmin ərazidən hazırlanan video və foto reportajı təqdim edir:
Azinforum.az
XalqXeber.Az





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?