SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Vüqar Qasımov dövlət adından verilən qanuna deyil,kimlərinsə əmrlərinə istinad edir?...

Vüqar Qasımov dövlət adından verilən qanuna deyil,kimlərinsə əmrlərinə istinad edir?...

Tarix:

28-06-2022, 17:44

/ 1 095 dəfə oxundu.
Vüqar Qasımov dövlət adından verilən qanuna deyil,kimlərinsə əmrlərinə istinad edir?...



Prezidentlə çəkilən fotonun kölgəsində törədilən qanunsuz əməllər

Redaksiyamıza daxil olan şikayət ərizəsi və rəsmi sənədlərlə tanış olarkən Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında yerləşən 79 saylı mənzildə yaşayan şəhid ailəsi Həsənova Tofiqə Telman qızının başına gətirilən oyunlardan dəhşətə gəlmək olar. Şəhid ailəsinə bu dəhşəti və zülmü yaşadan isə Xətai Rayon İcra Şöbəsinin rəisi Vüqar Qasımovdur. Redaksiyamıza təqdim olunan sənədlərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 010011004197-05101-093001 nömrəli Texniki Pasporta və Çıxarışa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.04.2022-ci il (İş nömrəsi 8(011)-320\2022) Qərardadına əsasən adıçəkilən mənzil Həsənova Tofiqə Telman qızının xüsusi mülkiyyətindədir. Amma nədənsə Xətai Rayon İcra Şöbəsinin rəisi Vüqar Qasımov məhkəmənin qərardadını və mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədləri “çeynəyərək” şəhid ailəsinin qəsdinə durub. İndi isə problemin nədən qaynaqlanması barədə suallara aydınlıq gətirməyə çalışacağıq. Xətai Rayon Məhkəməsinin hakimi Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə 6 oktyabr 2018-ci ildə iddiaçı Nəsirova Könül Vəli qızının cavabdeh “AENT-E”MMC-yə qarşı “mənzil” tələbinə dair iddiası üzrə keçirilən mülki işə məhkəmə iclasında baxılıb və iddiaçının iddiası təmin edilib. Məhkəmə qət edib ki, Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki 2 otaqlı 79 saylı mənzil boşaldılaraq, Nəsirova Könül Vəli qızına verilməsi cavabdeh “AENT-E” MMC-yə həvalə edilsin. Bunun ardınca Vüqar Qasımov başının dəstəsini toplayaraq (30-a yaxın şəxslə) adıçəkilən ünvana təşrif buyurur. Ancaq nədənsə məhkəmə qətnaməsində göstərildiyi kimi 12-ci mərtəbəyə deyil,13-cü mərtəbədə yaşayan şəhid ailəsi Həsənova Tofiqə Telman qızının xüsusi mülkiyyətində olan mənzilin qapısını döyərək evi tərk etmələrinin tələb etməyə başlayıb. Məlumat üçün bildirək ki, həmin mənzildə 1-ci Qarabağ müharibəsi zamanı 1-ci qrup əlil olan Həsənov Yelmar Telman oğlu da yaşayır. Mənzil sahibləri Vüqar Qasımova şəhid ailəsi olduqlarını bildirərək öz vəsaitləri hesabına aldıqları mənzilin sənədlərini icracılara təqdim edərək qeyd ediblər ki, bura 12-ci deyil 13-cü mərtəbədir. Vəziyyətin planlaşdırdığı kimi getmədiyini görən Vüqar Qasımov şəhid ailəsini idarəyə dəvət edib. Belə qənatə gəlinib ki, məhkəmənin qətnaməsinə izah verilməlidir. Beləliklə, hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə keçirilən məhkəmə iclasında Qərardad çıxarılır. Qərardadda qeyd olunur ki, Həsənova Tofiqə Telman qızının qanuni mülkiyyətində olan mənzil Nəsirova Könül Vəli qızına verilməsi qət edilən mənzillə eynilik təşkil etmir. Çıxarılmış Qərardada baxmayaraq Vüqar Qasımov israrla şəhid ailəsini müxtəlif vasitələrlə təhdid edərək, yenidən adamlarını həmin mənzilə göndərir və insanların yaşayışını “zəhərə” döndərir.

Şikayət ərizəsi ilə tanış olandan sonra, Vüqar Qasımov barəsində ətraflı məlumat əldə etmək üçün internet üzərindən axtarış etmək qərarına gəldik. Rastlaşdığımız mənzərə şəhid ailəsinin dediklərinin həqiqətə uyğun olmasına heç bir şübhə yeri qoymur. Müxtəlif xəbər mənbələrində Nizami Rayon İcra Hakimiyyətinin başçısı işləmiş və urvatsız şəkildə vəzifəsindən uzaqlaşdırılmış Arif Qasımovun qardaşı olan Vüqar Qasımovun barəsində yayımlanmış məlumatlar bu günə qədər təkzib olunmayıb. İcra Şöbəsi rəisinin mənəvi-əxlaqi keyfiyyətlərindən tutmuş cinayət tərkibli qanunsuz əməllərinə qədər uzanan fəaliyyəti nədənsə yuxarı orqanların diqqətini cəlb etməyib. Əcəba, Vüqar Qasımovu qoruyan qüvvələr o qədər güclüdürlər ki, dövlətin təməl sütunlarına zərbə endirmək qədər uzağa gedə biliblər?! Doğrudanmı icra məmurunun dövlətin ona verdiyi geniş səlahiyyətlərdən və imkanlardan sui-istifadə edərək vətəndaşların başına açdığı oyunlardan Ədliyyə naziri Fikrət Məmmədovun xəbəri yoxdur?... Prezident İlham Əliyev demək olar ki, bütün çıxışlarında şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayır, məmurlara xitabən vətəndaşlarla ünsiyyətə girib onların problemlərinin həll olunmasını tövsiyə edir, korrupsiya və rüşvət hallarına qarşı amansız mübarizə aparır. Vüqar Qasımovun timsalında bir çox məmurlar isə, bunun tam əksini edirlər. Prezidentlə tədbirlərin birində çəkdirdiyi fotonu geninə-boluna reklam edən icra məmuruna elə gəlir ki, fotonun kölgəsində gizlənərək qanunsuz işlərlə məşğul olmağın heç bir təhlükəsi olmayacaq. Baş verənləri təhlil edərkən belə qənaətə gəlmək olar ki, Vüqar Qasımovun nə dövlət siyasətindən, nə də Prezidentin fəaliyyətindən ümumiyyətlə xəbəri yoxdur. Əgər xəbəri olsaydi, dövlətin şəhid ailələrinə münasibətindən ibrət götürüb özünə çəki-düzən verərdi. Görünən odur ki, Vüqar Qasımov hansısa qaranlıq qüvvələrin tapşırıqlarını yerinə yetirərək vətəndaşlarla dövlət arasında etimadsızlıq mühitinin formalaşması istiqamətində fəaliyyət göstərməkdədir. Belələrinin aqibəti heç də yaxşı olmur…
Mövzu ilə bağlı hər kəsin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Araşdırma qrupu…

Adekvat.az

Şərhlər

XƏBƏR LENTİ