SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Rəşad Vəzirov mənə şər-böhtan atıb" - Nazirə müraciət olundu

"Rəşad Vəzirov mənə şər-böhtan atıb" - Nazirə müraciət olundu

Tarix:

22-06-2022, 14:53

/ 875 dəfə oxundu.
"Rəşad Vəzirov mənə şər-böhtan atıb" - Nazirə müraciət olundu

 
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin sabiq əməkdaşı Əliyev Babək Əlövsət oğlu əsassız olaraq işdən çıxarıldığını iddia edir. 

Xalqxeber.az "Unikal"a istinadla xəbər verir ki, o, sözügedən məsələ ilə bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova müraciət edib:

"2019-cu ilin may ayında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinə gizir hərbi rütbəsində xidmətə qəbul olmuşam.
FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalında baş verən korrupsiya faktları ilə bağlı baş həkim və onun köməkçilərinin barəsində başlanmış cinayət işi ilə əlaqədar 2021-ci il aprel ayının 20-də Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə çağrılmışam. Buna səbəb həbs edilənlərdən biri ilə, yəni həmin hospitalda qeydiyyatçı vəzifəsində işləyən İmanlı Taleh Mövlamverdi oğlu ilə qohumluq əlaqəmin olması idi. Hər ikimiz eyni qurumda işləyirdik. Mən hərbi qulluqçu kimi, o, isə sözügedən hospitalda inzibati heyətdə qeydiyyatçı vəzifəsində xidmət edirdi. İstintaqa çağrılan zaman müstəntiqlər ifadəmi alıb, rəhbər heyət mənim şifahi dinləyib.

İfadəmi verdikdən sonra sərbəst buraxılmışam və barəmdə heç bir hüquqi tədbir tətbiq edilməyib və ittihamedici qərar qəbul olunmayıb. Lakin, bir gün sonra xidmət etdiyim FHN-nin Xüsusi Riskli Xilasetmə xidmətinin hərbi hissəsinin komandiri, polkovnik Rəşad Vəzirov məni əsassız şəkildə təqsirləndirilən şəxslə cinayət ortağı olmaqda ittiham edib və mənə şər-böhtan atıb. Mən Rəşad Vəzirova istintaqın nəticəsini gözləməyini və barəmdə prokurorluğun çıxaracağı ittihamın nəticəsinə uyğun olaraq qərar qəbul etməli olduğunu bildirsəm də o, buna əhəmiyyət vermədi. Xidməti otağında daxili rabitə vasitəsini gətirib mənə göstərərək, “Dövlət Təhlükəsizliyi Xidməti və Hərbi Prokurorluq səni axtarır, ərizəni yaz könüllü olaraq xidmətdən çıx. Yoxsa, bunun aqibəti çox pis olacaq” dedi.

Məcbur qalaraq ərizə yazmalı oldum və işdən ayrıldım. Ərizəmi yazdıqdan 4 gün sonra müvafiq əmrə əsasən xidmət rəisi məni xidmətdən azad etdi.

Bu hadisədən bir neçə gün sonra atam, Əliyev Əlövsət Mikayıl oğlu ilə birlikdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, daha sonra isə FHN-nin Xüsusi Riskli Xilasetmə xidmətinin rəisi, general-leytenant Şahmar Ənvər oğlu Paşayevin qəbuluna getdik. Xidmət rəisinin müavini general-mayor Məhərrəm Həsənov atamı qəbul edib, müraciətini dinlədi, istintaq yekunlaşdıqdan, barəmdə heç bir ittiham hökmü çıxmayacağı təqdirdə köməklik göstərərək xidmətə bərpa edəcəklərini dedi.

Hazırda mənim barəmdə məhkəmə heç bir hökm çıxarmayıb. Həmin müddətdən bir il keçməsinə, baş vermiş cinayət hadisəsi ilə heç bir bağlılığımın olmamasına baxmayaraq məni xidmətə bərpa etmirlər. Öz ərizəmlə xidmətdən xaric olunmağıma baxmayaraq, hərbi xidmətdə xidmətə uyğunsuzluq kimi xaric olunduğumdan, heç bir hərbi birləşmələrə xidmətə qəbul oluna bilmirəm.

Göstərilənləri nəzərə alaraq, xidmətə bərpa olunmağım və Azərbaycan Respublikasına xidmətimi davam etdirməyim üçün köməklik göstərməyinizi Sizdən xahiş edirəm", - deyə B.Əliyev müraciətində bildirib.

Şərhlər

XƏBƏR LENTİ