SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ATU rektoru universiteti KOLXOZA ÇEVİRİB... - İDDİA

ATU rektoru universiteti KOLXOZA ÇEVİRİB... - İDDİA

Tarix:

20-06-2022, 12:44

/ 403 dəfə oxundu.
ATU rektoru universiteti KOLXOZA ÇEVİRİB... - İDDİA

 
Sözün düzü, 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirən şəxsin nə vaxtsa Azərbaycan Texniki Universitetinin rektoru olması möcüzədən başqa bir şey deyil.
Hələ bu harasıdır..?
Bu adam istedadının “çiçəkləndiyi” vaxtlar Azərbaycan Milli Aviasiya Universitetində “yarımştat” professor olub.
Hələ bu harasıdır..?
Bu adam 40 yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
Söhbət Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevdən gedir.
Sabiq rektor Havar Məmmədovdan sonra ATU-ya rektor gələn Vilayət Vəliyev ilk olaraq qohumlarını vəzifələrə doldurmağa başlayıb.
Məsələn, qaynının qızı bakalavr təhsilli Pərvanə Allahverdiyeva üçün ATU-da hüquq sektoru yaratdı.
Hansı ki, ATU-nun tarixində hüquq sektoru olmayıb. Və hazırda Pərvanə Allahverdiyeva prorektorlar səviyyəsində ayda 2600 manat maaş alır.
Hansı ki, neçə ildir ATU-da çalışanlar 400-450 manat maaş alırlar.
Vilayət Vəliyev rektor olan kimi özünə 4-5 müşavir təyin etdi. Hamısı da öz qohum əqərəbası, dost-tanışlarıdır, daha dəqiq desək, özünə yaxın olanlardır. Heç birinin də normal təhsili yoxdur.
Diqqətli oxucuların yadında olar ki, Vilayət Vəliyevin rektor olduğu bu universitet hamilə qadın və süd verən analardan COVİD pasportu tələb olunması ilə gündəmə gəlib.
Təsəvvür edirsiniz, universitet tələbəsi olan hamilə qadın ondan COVİD pasportu və əks-göstəriş sənədi təqdim edə bilmədiyinə görə hətta tələbə hüququndan imtina edib.
Görəsən rektor başa düşmür ki, hamilə qadınlar, uşaq əmizdirən analar peyvənd olunmağa məcbur edilə bilməz.
Bu gün bəlli olur ki, universitetə Vilayət Vəliyevin rektor təyin olunması orada heç nəyi dəyişməyib.
5 minə yaxın tələbənin imtahanlardan fənn kəsiri yaranmasından doğan problemlər həllini tapmayıb.
Əksinə Vilayət Vəliyev köhnə rüşvətxor şəbəkənin əməllərindən yaxşıca faydalanıb.
Bir sözlə, Vilayət Vəliyev sələfi Havar Məmmədovun əməllərini başqa formada davam etdirir.
Vilayət Vəliyev rektor olan kimi ATU-nun mətbəəsinin axırına çıxdı.
Bəli, ATU-nun müasir texnologiyalara cavab verən, kompyuterləşdirilmiş mətbəə texnologiyası ilə universitetin çap tələblərini qənaətbəxş, bəlkə də yaxşı səviyyədə ödəyirdi. Universitet müəllimlərinin demək olar ki, bütün çap işləri burada yerinə yetirilirdi, onların yazdıqları kitablar, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, laboratoriya işləri və s., eləcə də universitet rəhbərliyinin tapşırığı ilə müxtəlif buklet və reklam materialları da burada çap olunurdu. Universitetdə nəşriyyat da fəaliyyət göstərirdi, və o, çap olunan materialların qanuni qeydiyyata alınması, rəsmiləşdirilməsi, onlara qrif verilməsi ilə məşğul olurdu. 40 ildən artıq idi ki, mətbəəyə respublikamızda tanınmış mətbəə işçisi Əvəz Abbasov müdirlik edirdi. Təqribən 2 ay əvvəl rektor elmi şura iclasında bəyan edib ki, o, nəşriyyat işçilərini işdən çıxarıb, mətbəəni də bağlayıb, indi yeni mətbəə quracaq. Sonra məlum oldu ki, rektor mətbəəyə haradansa öz adamını gətirib və müdir təyin edib. Mətbəənin əvvəlki müdiri Əvəz Abbasov isə öz komandasını, yəni işçilərini yığıb, özü ilə aparıb və bütün mətbəə avadanlığını da götürüb, hara isə aparıb, çünki, bu avadanlıqlar onun şəxsi əmlakı imiş.
ATU-da tələbələrin və müəllimlərin istifadə etdiyi kseroks, yəni sürət çıxartma aparatrları. Tələbələr və müəllimlər 5-10 qəpik verməklə özlərinə lazım olan materiallarının sürətini çıxarırmışlar.
Hətta belə söz-söhbət gəzir ki, rektor Vilayət Vəliyev hər şeyə özüm nəzarət edəcəm. Yəni bu adam 10 qəpiklik sürətçıxarmayada nəzarət edir.
Bu adam kefi sitədiyi kafedraları birləşdirir, kafedra müdirlərini azad edir, guya öz aləmində islahat aparır.
Vilayət Vəliyev Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın həyat yoldaşı Aqil Babayevi ATU-da kafedra müdiri təyin edib.
Rektor qadın müəllimlərə qarşı çox kobud rəftar edir, hətta deyilənə görə onları təhqir də edir.
Rektor Vilayət Vəliyev savadsızın birini özünə elmi işlər üzrə müşavir təyin edib.
Bəli, müşavir Fariz Məmmədovun Texniki Universitetdə bu qədər elm sahələri olması barəsində heç məlumatı da yoxdur.
Sözün qısası, Havar Məmmədovdan sonra rektor Vilayət Vəliyev ATU-da sanki daşı daş üstə qoymayıb.
Görəsən, Hesablama Palatası və digər qurumlar hara baxır..?
Təhsil naziri Emin Əmrullayev rektor Vilayət Vəliyev barəsində nə düşünür..? Əgər düşünə bilirsə...
Yazıda adları keçən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ