Sahil Babayevdən bir qrup qazinin narazılığına REAKSİYA
"Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana istiqamətidir".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup qazinin narazılıq etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, qəbul edilən qərarlar şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilib: "Birincisi onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə artırıldı. Bu, 60 faizdən çoxdur. İkincisi onların böyük əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edildi. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri bir çoxlarının evlərini ziyarət edərək, imkanlarını qiymətləndirdi və onlara sosial ödənişlər və məşğulluqla bağlı xidmətlər göstərildi. Dövlət Tibbi Ekspertiza Komissiyasının həkimləri 6 mindən çox qazimizi xəstəxanalarda, evlərində ziyarət edərək, onların tibbi vəziyyətlərini qiymətləndirdilər".
Sahil Babayev əlavə edib ki, ötən il yarımlıq dövrdə 103 min müharibə iştirakçısı, müharibə əlili, şəhid ailəsinə 190 min xidmət göstərilib: "Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib. Onların sosial ödənişləri təmin edilib. Onların sosial ödənişləri digər kateqoriyalarda olanlardan təqribən 2 dəfə çoxdur. Onların 6 minə yaxını özünəməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə düzəlib, 3500-ü mənzillə təmin edilib. Proqramların hamısı davam edir. Dövlətin qayğısı, dəstəyi genişdir və geniş şəkildə də davam edəcək".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?