SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Gold Lady X” estetik şirkətində nələr baş verir…? - Şirkətin sahibi Xanım Qurbanova hüquq müdafiəçisidir, yoxsa....

“Gold Lady X” estetik şirkətində nələr baş verir…? - Şirkətin sahibi Xanım Qurbanova hüquq müdafiəçisidir, yoxsa....

Tarix:

18-06-2022, 14:21

/ 383 dəfə oxundu.
“Gold Lady X” estetik şirkətində nələr baş verir…? - Şirkətin sahibi Xanım Qurbanova hüquq müdafiəçisidir, yoxsa....

 
Şirkət əmək müqaviləsi olmadan işçiləri işlədir, DSMF-yə pul keçirmir, vergidən yayınır..

Xanım Qurbanovanı hansı general müdafiə edir..?

Yaşlı nəsil gözəl bilir ki, sovet dövrünün PULSUZ səhiyyəsi necə yüksək səviyyədə idi.
Təəssüf ki, son 30 ildə səhiyyəmiz nəinki qabağa gedə bildi, əksinə, indi xəstənin sağ ayağı əvəzinə sol ayağını, kor bağırsağı əvəzinə nazik bağırsağını kəsirlər.
Azərbaycan səhiyyəsindəki qiymətlərin isə dünyada analoqu yoxdur.
Dəfələrlə Mill Məclisin üzvləri ən yüksək tribunadan deyiblər ki, 8-10 min manata əməliyyat olar..?
Bu imkan hansı sıravi Azərbaycan vətəndaşında ola bilər..?
Bütün bunlar azmış kimi son illər hələ elə həkimlər, elə tibb sahələri peyda olub ki, adam adını çəkməyə utanır.
Gündə sosial şəbəkələrdə, saytlarda oxuyuruq, kişi özünə nə isə etmək istəyir, qadın filan orqanını əməliyyat etdirir, filan klinikaya buyurun. Vallah, bu biabırçılıqdır ee...
Üzün qırışını götürməyi başa düşdük, dodağı yekəltməyi, nə bilim artıq əti götürməyi və s....anladıq. Amma...
Əmması odur ki, bir daha oxuculardan üzr istəyirik, şirkət rəhbəri deyir ki, istənilən yaşda qadının bütün orqanlarını dəyişə bilərəm. Qiyməti 1000 manat.
Bunlara başa salan yoxdur ki, biz islam dövlətiyik və İslam dini insanın estetik əməliyyat edilməsinə icazə vermir. Lap bunu da bir kənara qoyduq.
Bizim öz milli-mənəvi dəyərlərimiz var. 70 yaşlı nənənin orqanlarını əməliyyat etməklə, onu təzədən ərə verəcəksən..?
Vallah bunlar hamısı iyrənc, şeytan əməlləridir, bizə xarici ölkələrdən ötürülür. Məqsəd isə milyonlar qazanmaqdır.
Bəli, belə estetik şirkətlərdən biri də “Gold Lady X” şirkətidir.
Hər yerdə yazırlar ki, şirkətin sahibi, Gürcüstan vətəndaşı olan Xanım Qurbanova, özünü sosial şəbəkələrdə gah hüquq müdafiəçisi, Qeyri-Hökumət Təşkilatının rəhbəri, gah da “əməliyyatçı” kimi qələmə verir.
Görəsən insanların hüquqlarını qorumalı hüquq müdafiəçisi insanlara külli miqdarda pul atar..?
Bəli, bu qadın lotereya oynamaq adı altında xeyli sayda insanın pullarını mənimsəyib. Vətəndaşların Xanım Qurbanova barəsində Daxili İşlər Nazirliyinin “102” Çağrı Mərkəzinə edilən müraciətlərinin fonunda faktların araşdırılması üçün Bakı şəhəri Nərimanov rayonu, 17-ci və 18-ci polis bölmələrinə yönləndirilmişdir. Amma xeyli şikayətə baxmayaraq ortada nəticə yoxdur. Hətta şikayətçilərə, zərəçəkənlərə qarşı təhdidlər, təzyiqlər davam edir.
Bu yerdə deyiblər ee, oğru elə bağırdı ki....
Məsələ bundan ibarətdir ki, Xanım Qurbanova ona arxalıq edən şəxs və şəxslərin vəzifə səlahiyyətlərinə güvənərək, başlıcası, cəzasızlıq mühitindən istifadə edərək öz şəxsi instagram səhifəsində özünü gah həkim-ginekoloq, gah da hüquq müdafiəçisi kimi təqdim etməkdən çəkinmir. Özünü ekspert kimi aparır.
Xanım Qurbanovanın köməkçisi mediaya deyib ki, gözü götürməyənlər, paxıllar belə xəbər yayır.
Atalar deyib ki, od olmasa tüstü çıxmaz, ay Xanım xanım Qurbanova...
Gündəlik-Bakıya daxil olan məlumata görə, Xanım Qurbanovanın 10-dan artıq işçisi olmasına baxmayaraq heç biri ilə rəsmi əmək müqaviləsi yoxdur. Həmin işçilərin gələcəkdə pensiya təminatı olması üçün Dövlət Sosial Müdafiə Fonduna pul da ayırmır, vergidən yayınır.
Bu adam hətta icazə olmadan qadın pasiyentlərin orqanlarına müdaxiə edir, qadınların müxtəlif orqanlarını kəsir...
Elə məhz bu qanunsuz əməllərinə görə də 20 min manat cərimələnib.
Yuxarıda qeyd etdik ki, Xanım Qurbanova bu əməllərini vəzifədə işləyən dəstəkçilərinə arxayın olaraq edir. Bəli, hansısa generalın Xanım Qurbanovaya hər mənada dəstək verdiyi bildirilir.
O izi itirmək üçün tez-tez ofisini də dəyişir.
Bu boyda əməllərdən sonra Xanım Qurbanovanın heç lisenziyası da yoxdur.
Xanım Qurbanovanın ailəsində də ciddi problemlər yaşanır.
Belə ki, Xanımla birinci qaynatası arasında ciddi münaqişə var. Birinci əri də Xanım Qurbanovanı məhkəməyə vermişdi.
Ümumiyyətlə, Xanım Qurbanova özünü ölkənin vəzifəli şəxsləri ilə birgə reklam edir. Bir vaxtlar Rövnəqlə yaxın olması barədə saxta xəbərlər yayırdı, sonradan nəsə geri çəkilməli oldu.
Sözün qısası, ölkəmizi fala baxanlar, cadugarlar, müxtəlif işbazlar bürüyüb. Allah millətimizi bu qorxulu bəlalardan qorusun. ARDI VAR...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.gundelik-baku.com

Şərhlər

XƏBƏR LENTİ