SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Muxtar Respublikada Naxçıvan Dövlət Universitetinə niyə “İsaxana” deyirlər? - İLGİNC

Muxtar Respublikada Naxçıvan Dövlət Universitetinə niyə “İsaxana” deyirlər? - İLGİNC

Tarix:

13-06-2022, 12:07

/ 878 dəfə oxundu.
Muxtar Respublikada Naxçıvan Dövlət Universitetinə niyə “İsaxana” deyirlər? - İLGİNC

 



Onlardan ən maraqlısını Ovqat.com oxucularının diqqətinə çatdırıram.

“Salam, Heydər bəy. Sizin çıxışlarınızı daimi izləyirəm. Deyilənlərin hamısı həqiqətdir. Ancaq iməcliklər həftənin 6-cı günü keçirilir bazar günü iməclik olmur. Təsadüfi hallarda bazar günü də iməclik olur. Bütün idarə və müəssisələr 6-cı gün saat 9-dan 5-ə kimi iməclikdə olurlar. İdarə isçiləri hər gün növbə ilə gedirlər. Hər idarədən gündə 2-3 nəfər. Gunortalar 1 saatlıq fasiləni elə işlədikləri yerdə keçirirlər.

Daha bir məsələ haqqinda yazım. Siz düz deyirsiniz ki, “xan” mühüm vəzifələrə ancaq və ancaq savadsız, qabiliyyətsiz adamları təyin edir. Dəhşətlisi odur ki, hüquq mühafizə orqanlarına əsasən məhkəmə və prokurorluq orqanlarına Naxçıvan Dövlət Universitetində 2-ci təhsil alan savadsız, hüquq sahəsidən elementar biliyi olmayan gicləri təyin edir. Onlar siz deyən kimi, mütı, yaltaq və savadsız olduqları üçün “xan” nə deyirsə, onu canla başla yerinə yetirirlər. Dəhşət odur ki, gedib pul verərək, Naxçıvan universitetinin Bədən tərbiyyəsi və Əmək müəllimliyi ixtisasının diplomunu alırlar. Həmin ixtisası bitirib diplom alanlar 2-ci təhsil olaraq pulla hüquq fakültəsinə daxil olurlar və 2-ci kursdan başlayaraq adları tələbə kimi gedir. 3-ildən sonra isə hüquq ixtisası üzrə diplom alıb olurlar hüquqşunas və bir necə ildən sonra məhkəmə hakimi və ya prokuror təyin olunurlar. Ancaq huquq orqanlarında 2-3 dərəcəli vəzifələrə hüquq ixtisası üzrə yüksək balla ali məktəbi başa vuran adamları qoyurlar ki, işləri həmin savadlı aşağı isçilər görsünlər. Məhz bu səbəbdən də Naxçıvanda həmin universitetə “İsaxana” adını veriblər . Yəni İsa Həbibbəylinin bazar universiteti. Həmin ali məktəbdə, əgər ali məktəb demək mümkünsə, orta məktəbdə dərs deməyə layiq olmayan müəllimlər dərs deyirlər.

“İsaxana”da tələbələrə bilik verilmir, əksinə hazırlıqlarda mənimsədikləri biliklər də tələbələrə unutdurulur.

Səhiyyə sahəsi də bu qaydada idarə olunur. Xəstəxanalara yüksək vəzifələrə ancaq Naxçıvan “isaxana”sında Tibb ixtisasinı bitirənləri qoyurlar. Bakıda Tibb universitetini bitrənlərə isə iş verilmir ki, niyə “isaxana”nın tibb ixtisasını oxumayıbsan? Ona gorə də işsiz qalmalısan. Burda Bakı Dövlət Universitetinin hüquq fakültəsini yüksək balla daxil olub bitirənlərə də iş vermirlər. Deyirlər, get, harda oxumusam, orda özunə iş tap. Həmin savadlı hüquqşunaslar Naxçıvanı tərk edib gedirlər, orada-burada özlərinə iş axtarırlar.

Bir sözlə, Naxçıvanda mühüm vəzifələrdə işləmək üçün gərək əlində “isaxana”nın 2-ci təhsilinin donqili diplomu ola. Bütün bu yaramazliqlara gorə də insanların hüquqları vaxtaşırı tapdalanır.

Naxçıvandakı reallıqlar budur, Heydər bəy. Nə vaxta qədər bu haqsızlıqlar hökm sürəcək, bilinmir”.

Heydər Oğuz,
Ovqat.com

Şərhlər

XƏBƏR LENTİ