SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » EMEA-nı AMEA-mız niyə BAŞA SALMIR Kİ... - Ekspert danışır

EMEA-nı AMEA-mız niyə BAŞA SALMIR Kİ... - Ekspert danışır

Tarix:

11-06-2022, 14:51

/ 462 dəfə oxundu.
EMEA-nı AMEA-mız niyə BAŞA SALMIR Kİ... - Ekspert danışır



“Artsax” heç bir statusla Azərbaycanın tərkib hissəsi ola bilməz". “Yeni Müsavat” bildirir ki, bu həyasız bəyanatı Ermənistan Milli Elmlər Akademiyası verib.

Bəyanatda qeyd olunur ki, akademiyanın qanunla müəyyən edilmiş vəzifəsi elmin inkişafı olsa da, Ermənistan dövlətinin və millətinin qarşısında duran siyasi çağırışlardan kənarda qala bilməz. “Bu gün belə bir çağırış ”artsax" ermənilərinin mümkün deportasiyası təhlükəsi, bütün bəşəriyyət üçün “qırmızı xətt” olan soyqırım təhlükəsidir. Min illər boyu erməni sivilizasiyasının bir hissəsi olan “artsax” bizim vətənimizin ayrılmaz hissəsidir", - deyə bəyanatda bildirilir.

Daha sonra yenə ənənəvi erməni saxtakarlığı və həyasızlığı ilə iddia olunur ki, “ən azı 20-ci əsrin əvvəllərindən Qafqaz tatarları türk dairələrinin dəstəyi ilə ”artsax"da ermənilərin bütün izlərini məhv etməyə səy göstəriblər və bu hərəkətlər insanlığa qarşı cinayətlərlə müşayiət olunub". Ermənistan EA hesab edir ki, hətta “bu siyasət Sovet İttifaqının dağılmasından sonra da davam edib və 2020-ci ildə xüsusi vüsət alıb”. Vurğulanır ki, “artsax” Azərbaycanın nəzarətinə keçərsə, “artsax xalqı” öz vətənini itirəcək və yeni soyqırıma məruz qalacaq".

Erməni elm adamlarının bir sarsaq və cəfəng bəyanatı revanşistlərin çağırışları ilə üst-üstə düşür. Onlar həm tarixi saxtalaşdırır, həm sülh əvəzinə konflikti qızışdıran mövqedən çıxış edirlər. Erməni ziyalıları belə qan-qadaya meylli bəyanatlar verirsə, deməli, cəmiyyətin beynini də bu şəxslər zəhərləyiblər. 

Dia.az-ın məlumatına görə, professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, ermənilər bu torpaqlara gətirildiklərini həyasızca inkar edirlər. Onun sözlərinə görə, 1813-cü ildə Qriboyedov şimal tərəfdə çadır quraraq, İrandan, istisna hallarda da Anadoludan erməniləri gətirməklə onlar üçün güzəran düzəltməklə məşğul olur: “Hətta çar Rusiyasının mərkəzi bankı ermənilər üçün böyük vəsait ayırmışdı ki, torpaqlar alsınlar. Bu maliyyə bitəndən sonra Qriboyedov çara xəbər verir ki, artıq yer yoxdur, müsəlman əhalisi torpaqlarını satmaq istəmir, əlavə pul da lazımdır. II Nikolayın göstərişi olmuşdu ki, pul göndərilsin. Yəni İrandan ermənilərin köçü həyata keçirilib. Onlar ilk vaxtlarda mehtər işləyirdilər, atları suvaran olurdular. Sonra Qarabağ bəylərindən İranda qalan qohumlarının gətirilməsini xahiş edirdilər. Rus-İran müharibəsindən sonra yeni platforma ortaya qoyuldu. Beləliklə, ermənilərin toplu şəkildə Qarabağa köçürülməsi başladı”.

Q.Hüseynli vurğuladı ki, indi Ermənistanın Elmlər Akademiyası elmi araşdırma tərəfdarıdırsa, bu hadisələr çox uzaqda deyil, daş abidələr üzərində də yazılmayıb ki, oxumaq çətin olsun, Rusiya və İranda arxiv materiallar var: “Yəni ermənilərin İrandan köçürülməsini sübut etmək çətin deyil. Bizim tarixçilər bunu faktlarla sübut ediblər. Ermənistan Elmlər Akademiyası ”papağını" qabağına qoyub fikirləşsin ki, Azərbaycanda ən azı iki etnik xalq Qarabağdakı ermənilərdən sayca iki dəfə çoxdur. Ermənilərin köçürülməsindən tutmuş yerləşdirilməsinə qədər, ermənilərin törətdiyi fitnə-fəsadı, 1905-1907-ci illərdə onların etdikləri əsərlərdə öz əksini tapıb. 1918-ci ildə ermənilərin törətdiyi soyqırımlar, Xocalıda qətliam, Xankəndində azərbaycanlıların mal-mülkünün əlindən alınması, qovulması bütün Qarabağda baş verib. 1988-ci ildə “Miatsum” hərəkatı isə erməni vəhşiliyinin tarixdə pik həddi idi.

Rusların köməyi ilə Qarabağı işğal etməklə 1 milyona yaxın insanımız köçkün düşdü, 30 min insan qətlə yetirildi. Bir sözlə, erməni tarixçilərinə əsl həqiqətlər lazımdırsa, bu faktlara diqqət yetirsinlər. Sovet dövründə onların başından bir tük əksik olmayıb, amma son 30 ildə Qarabağda daşı daş üstünə qoymayıblar, flora-faunamızı məhv ediblər, dini və tarixi abidələrimizi dağıdıblar. Bu, erməni vandalizminin nəticələridir və Ermənistan Elmlər Akademiyasında bir az da bu faktlara diqqət yetirsinlər".

Şərhlər

XƏBƏR LENTİ