SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Şəhid anası icra hakimiyyəti binasına uzunqulaq bağlayıb” – Daşkəsəndəki insidentlə bağlı ilginc İDDİALAR

“Şəhid anası icra hakimiyyəti binasına uzunqulaq bağlayıb” – Daşkəsəndəki insidentlə bağlı ilginc İDDİALAR

Tarix:

8-06-2022, 13:10

/ 450 dəfə oxundu.
“Şəhid anası icra hakimiyyəti binasına uzunqulaq bağlayıb” – Daşkəsəndəki insidentlə bağlı ilginc İDDİALAR

 
Xəbər verdiyimiz kimi, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısını Dəstəfur kəndi üzrə nümayəndəsi Lalə Cəfərova və onun həyat yoldaşı, həmin kəndin bələdiyyə sədri Rövşən Həsənov Şıxıyevlər ailəsi tərəfindən hücuma məruz qaldıqları üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Qeyd edək ki, Şıxıyevlər ailəsinin nümayəndəsi Orxan Şıxıyev Vətən müharibəsində şəhid olub.

Ailə ilə, icra hakimiyyəti arasında insident isə səngimək bilmir. Belə ki, bir müddət öncə də tərəflər arasında mübahisə ictimailəşdirilib, lakin sonradan məsələnin həll olunduğu bildirilib. Görünən qədərilə, Şıxıyevlər və Daşkəsən İH arasında qalmaqal hələ də səngiməyib.

Xalqxeber.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Daşkəsən Rayon İcra hakiminin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Namiq Süleymanov ailə ilə icra hakimiyyəti arasında söz-söhbətin artıq ilyarımdır davam etdiyini bildirib. İH nümayəndəsi uzun müddətdir səngiməyən insidentin səbəblərinə də aydınlıq gətirib.

İcra hakimiyyətinin rəsmisinin sözlərinə görə, Lalə Cəfərova ailə tərəfindən dəfələrlə təhqirlərə məruz qalıb:

“Dövlətin inzibati orqanına qarşı da təhqiramiz hərəkətlərə yol veriblər. Üzr istəyirəm, hətta icra binasına uzunqulaqları bağlayıb. Şəhid ailəsi kimi sosial məsələlərdə onlara icra başçısı tərəfindən hər zaman qayğı ilə yanaşılıb. Lakin bu adam ipə-sapa yatmır. Xüsusi adamlar təşkil edərək, Lalə xanımın evinə hücumlar edirlər. Evdəki əşyaları dağıdıb, özünü ölümlə hədələyirlər. Artıq hadisələr dözülməz hal alıb. İcra başçısı tərəfindən hüquq-mühafizə orqanlarına bu hadisələrin qarşısının alınması və törədilən əməllərə hüquqi qiymət verilməsi ilə bağlı dəfələrlə müraciətlər edilib.

Şəhid anası olduğu üçün, bütün respublikada, Dövlət Başçısı başda olmaqla bütün şəhid ailələrinə olduğu kimi, onun da bütün sosial məsələləri öz həllini tapıb. O cümlədən Daşkəsəndə 32 şəhid ailəsi var ki, onların da hər birinə qayğı ilə yanaşılır”.

Namiq Süleymanov şəhid anasının bu addımları hansı səbəbdən atdığını da açıqlayıb:

“Təkcə bu şəhid anası icra nümayəndələrinin üstünə düşüb ki, mənim övladımı siz öldürmüsünüz, siz günahkarsınız. Deyir ki, mənim övladımı icra nümayəndəsi müharibəyə göndərib. İcra nümayəndəsi kimdir ki, kimisə müharibəyə göndərsin? Cənab Prezidentin qismən səfərbərliklə bağlı sərəncamına əsasən, Hərbi Xidmətə Çağırış üzrə rayon komissarlığı çağırış vərəqələrini icra nümayəndələrinə verib. İcra nümayəndələri tərəfindən də vərəqələr müvafiq ünvanlara çatdırılıb.

Amma Sevda Şıxıyeva israr edir ki, oğlumu Lalə öldürüb. Bu adla ona hücum çəkir. Biz dəfələrlə demişik ki, eybi yoxdur, dözümlülük nümayiş etdirin. Təqribən 2 ay əvvəl yenidən Lalə xanıma iş yerində hücum edib, başını yardılar. Həmin kənddə Laləgilin qohumlarından birinin gözünü çıxardılar. Hər ikisi Gəncə xəstəxanasında 25 gün müalicə aldı. Biz yenə də onları bağışladıq, lakin artıq o ipə-sapa yatmır.

Gəlir icra hakimiyyətinə girir, işçiləri təhqir edir, onlara əl qaldırır. Biz də bilmirik ki, nə edək. Artıq hüquq-mühafizə orqanlarına məlumat verilib və onlar tərəfindən müvafiq tədbir görüləcək.

Namiq Süleymanovun sözlərinə görə, təkcə icra nümayəndələri yox, eləcə də digər rayon sakinləri də baş verənləri təsdiq edə bilərlər:

“Rayonda kimdən soruşsanız bildirəcəklər ki, küçədə kim qarşısına çıxsa Sevda Şıxiyeva onu sillələyir, təhqir edir. Lalənin saçlarını yolub. Eyni zamanda Sevda xanımın bir qohumu var, dövlət çevrilişinə cəhd ittihamı ilə 13 il həbsdə olub. O adamı da, salıb qabağına ona-buna hücum etdirir”.

Qeyd edək ki, ötən ilin dekabrında da ailə və icra hakimiyyəti arasında insident yaşanıb.

Həmin vaxt Sevda Şıxıyeva Daşkəsən rayon icra hakimi Əhəd Abıyev tərəfindən döyüldüyünü iddia edib. Lakin hüquq-mühafizə orqanları tərəfindən S. Şıxıyevanın iddialarının əsassız olduğu açıqlanıb.

Şərhlər

XƏBƏR LENTİ