SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Masallı bir dağdır... ŞAHİNƏ OYLAĞDIR... - Görünəni budur...

Masallı bir dağdır... ŞAHİNƏ OYLAĞDIR... - Görünəni budur...

Tarix:

4-06-2022, 11:32

/ 452 dəfə oxundu.
Masallı bir dağdır... ŞAHİNƏ OYLAĞDIR... - Görünəni budur...

Masallı rayon İcra Hakimiyyətinin yaxınlığında Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı ilə üzbəüz müəllimlər evi kimi tanınan yaşayış binasının 1-ci mərtəbəsini görünməz hala salmış, bu tikilinin bir iş adamına məxsus olduğu söylənilir. Amma, bizi narahat edən və düşündürən odur ki, İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov, 1- ci müavini Məmmədhüseyn Hüseynov, Tikinti və memarlıq şöbəsinin müdiri Abas Mikayılov və İHB -nın Masallı şəhər ərazi üzrə nümayəndəsi Əbülfəz Nuriyev, tikilinin çoxbərtəbəli yaşayış binasının arxitekturasına zidd olduğunu bilirlərmi? Adi hallarda vətəndaşlar Masallı şəhərində daşı daş üstə qoyanda, toyuq hini tikəndə belə icazə almalıdırlar. Arxitekturaya uyğun olmadığı bəhanə gətirilərək, hətta bəzi şəxslərin ticarət obyektlərini sökdürürlər, məhkəmə qərarları alıb külli miqdarda cərimə ödəməyə məcbur edirlər. İpə -sapa yatmayanları həbs etdirirlər. Necəki, 2017- ci ildə Masallının sabiq İHB- sı Rafil Hüseynovun göstərişiylə onun 1- ci müavini Nadir Abıyev, həmin dövrdə hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Məmmədhüseyn Hüseynov və Memarlıq - tikinti şöbəsinin müdiri Abas Mikayılov Masallı şəhərində həyətinin kənarında öncədən tikilmiş mağazanı təmir etdirmək istəyən, əri ağır xəstə olan bir qadından alınan rüşvəti sahibinə qaytarmamaqdan ötrü həbs etdirdilər. İndi qulaqlarının dibində yerləşən bu obyektin tikintisinə hansı marağa görə göz yumublar?! Gözlərini toran görməyə məcbur edən səbəb nədir?!

Apardığımız jurnalist araşdırmalarına əsasən demək olar ki, İcra başçısı Şahin Məmmədovun və onun 1- ci müavini Məmmədhüseyn Hüseynovun xoşagəlməz fəaliyyətləri son vaxtlarda Masallıda ictimai narazılığın əhatəsini genişləndirir.
Qeyd etmək lazımdır ki, Şahin Məmmədov barəsində ən çox şikayət edilən icra başçılarından biridir.
Onun barəsində ictimaiyyət arasında ilginc söz-söhbətlər gəzməkdədir. Araşdırmalarımız barədə növbəti yazılarımızda ətraflı məlumatlar verəcəyik.
P.S. Onu da xatırladaq ki, Şahin Məmmədovun bir çox məsələlərdən çox güman ki, xəbəri yoxdur. İnanırıq ki, bu məsələni Şahin Məmmədov eşidən kimi, özünəməxsus reaksiya verəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ