SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycan və Ermənistan liderləri sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər

Azərbaycan və Ermənistan liderləri sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər

Tarix:

23-05-2022, 09:11

/ 445 dəfə oxundu.
Azərbaycan və Ermənistan liderləri sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər

 
Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə başlamaq barədə razılığa gəlinib.

Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.

"Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması istiqamətində işlərin gələcək prosesi, (Ermənistan-Azərbaycan - red.) sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın işinə başlanması barədə razılıq əldə olunub. Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. O, sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələləri həll edəcək", - deyə o, qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ