SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Hacıbala Abutalıbov hara qeyb olub? - Fəxri Xiyabana ziyarətə niyə gəlmədi?

Hacıbala Abutalıbov hara qeyb olub? - Fəxri Xiyabana ziyarətə niyə gəlmədi?

Tarix:

12-05-2022, 13:35

/ 541 dəfə oxundu.
Hacıbala Abutalıbov hara qeyb olub? - Fəxri Xiyabana ziyarətə niyə gəlmədi?

 
Ötən gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olundu.

Mərhum prezidentin məzarını ziyarətə gələnlər arasında dövlət rəsmiləri, deputatlar, ziyalılar, gənclər, xarici ölkələrin vətəndaşları və ictimai xadimlər var idi.

Maraqlıdır ki, vəzifəsindən azad edildikdən sonra ictimai-siyasi mühitdən davamlı olaraq kənar dayanan sabiq baş nazir müavini Hacıbala Abutalıbov ulu öndərin məzarını ziyarət edənlər arasında gözə dəyməyib.

Öncələrdə verdiyi müsahibələrində hər gün Heydər Əliyevin məzarını ziyarət etdiyini deyən Hacıbala Abutalıbov ötən gün ümumilli liderin 99-cu ildönümünə qatılmayıb.

Halbuki açıqlamalarında qeyd edirdi ki, guya səhərlər işə getmək üçün evdən yarım saat tez çıxır, iki gül götürüb Fəxri Xiyabana, Ulu öndərin məzarını ziyarət edib, silib-təmizləyib sonra işə yollanır.

Qeyd edək ki, Hacıbala Abutalıbov 20 yanvar faciəsi və 26 fevral Xocalı soyqırımı günləri ilə bağlı da nə Şəhidlər Xiyabanını, nə də “Ana Harayı” abidəsini ziyarətə gedib.

Məsələ ilə bağlı Hacıbala Abutalıbovla dəfələrlə zəng etsək telefonumuza cavab verməyib.

Hacıbala Abutalıbovun hazırda harada və nə ilə məşğul olduğunu araşdırarkən fəaliyyəti ilə bağlı maraqlı məqamın şahidi olduq. Belə ki, bir vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri postunu tutan Hacıbala Abutalıbov uzun illərdir ki, bu fəaliyyətdən də kənardır.

Xalqxeber.az-ın məlumatına görə, AMEA-nın Kadrlar şöbəsindən Bizim.Media-ya bildirilib ki, Hacıbala Abutalıbov təxminən 5 il əvvəl Akademiyadakı vəzifəsindən uzaqlaşdırılıb.

Halbuki Hacıbala Abutalıbov 2018-ci ildə Baş nazirin müavini vəzifəsindən azad edildikdən sonra mediaya açıqlamasında AMEA-dakı elmi fəaliyyəti ilə məşğul olacağını söyləmişdi.

Onun haqqında yayılan son məlumatlara görə, Hacıbala müəllim paytaxtı tərk edərək Qaxın Sarıbaş kəndində məskunlaşıb. Günlərinin çoxunu təbiət qoynunda keçirir.

Məsələ ilə bağlı Hacıbala müəllimin də fikirlərini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ