SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Şəhid ailələri həbsdə olan iş adamı Tural Zeynalovun müdafiəsinə qalxdılar

Şəhid ailələri həbsdə olan iş adamı Tural Zeynalovun müdafiəsinə qalxdılar

Tarix:

26-04-2022, 16:42

/ 1 554 dəfə oxundu.
Şəhid ailələri həbsdə olan iş adamı Tural Zeynalovun müdafiəsinə qalxdılar

Şəmkirli iş adamı Tural Zeynalovun azadlığa qovuşması ilə bağlı şəhid ailələri ölkə rəhbərliyinə müraciət ünvanlayıblar.
Müraciətdə deyilir:

Hörmətli cənab Prezident! Sizin şəhid ailələrinə və Qazilərə göstərdiyiniz diqqət əvəzolunmazdır. Bu gün hər bir şəhid ailəsi və Qazi ailələri sizin xeyirxah əməllərinizdən həmçinin vətənpərvərliyinizdən ağız dolusu danışır. Bizə göstərilən diqqətə və qayğıya görə Sizə minnətdarıq.
Hörmətli cənab Prezident! 

Sizi mühüm dövlət işlərinizdən ayırmaq istəməsəkdə buna son dərəcədə məcburuq. Belə ki, Şəmkir rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan, xeyriyyəçi Tural Zeynalov bir müddət öncə qanunsuz olaraq, həbs olunmuşdur. Hal-hazırda Gəncə Apellyasiya Məhkəməsində proses davam etdirilir. Xüsusilə xatırlatmaq istəyirik ki, Tural Zeynalov Şəmkir rayonunda xeyriyyəçi kimi tanınır və ona bütün şəhid ailələri həmçinin Qarabağ Qaziləri tərəfindən yüksək səviyyədə hörmət bəslənilir.

Həbsdə olan iş adamının xeyirxahlığı sayəsində Şəmkirdə bütün şəhid bulaqları yenidən tikilmiş və ya təmir olunmuşdur. Bu gün hər bir şəhid ailəsi və qazi ailələri Tural müəllimin yaxşılıqlarından və bizlərə göstərdiyi qayğıdan ağızdolusu danışır. Tural Zeynalovun həbsi Şəmkirdə geniş müzakirələrə səbəb olmuş və şəhid ailələrində böyük narahatlıq yaratmışdır. Bu gün hər bir Qazi və şəhid ailələri onun yoxluğuna üzülür və azadlığa çıxması üçün sizə yalvarır. İnanırıq ki, Tural Zeynalovun azadlığa çıxması üçün aidiyyatı orqanlara xüsusi tapşırıq verəcəksiniz və biz şəhid ailələrinin həmçinin Qazilərin daha dəqiqliklə desək Şəmkirlilərin sevincinə səbəb olacaqsınız. Sizin humanistliyiniz və xeyirsevərliyiniz sayəsində Tural Zeynalov, körpələrinə qovuşacaq və ağır vəziyyətdə xərçəng xəstəsi olan atasının yanına qayıdacaq. Çünki onun həbsdə olması xüsusi kateqoriyaya aid olan ailələri çox üzür və gözyaşına qərq edir. Ona görə ki, Tural hər zaman bir xeyir iş görəndə ona yox məhz Sizə təşəkkür etməyimizi daim bildirirdi. Xüsusilə vurğulayırdı ki, biz cənab Prezidentin sadiq əsgərləriyik və onun xeyirxahlığından ilhamlanaraq, ehtiyyacı olan insanlara yardım edirik. 

Cənab Prezident! 

28 aprel 2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində proses keçiriləcək. İnanırıq ki, Sizin sayənizdə və hüquq mühafizə orqanlarının rəhbərlərinin yardımı ilə iş adamı Tural Zeynalov azadlığına qovuşacaq. Bir daha Sizə güvənirik və etibar edirik. Tural Zeynalovun azadlığa qovuşması ümidi ilə…

Sizi sevən və dəstəkləyən şəhid ailələri…

















Şərhlər

XƏBƏR LENTİ