"Al market" mağazasında istifadə müddəti bitmiş kərə yağı satılır....Zor eləyirik satırıq - VİDEO
Binəqədi rayonu, Əcəmi Naxçıvani 48 ünvanında yerləşən "Al market" mağazasından kərə yağı alan alıcı evə gəldikdə görüb ki, aldığı yağın istifadə müddəti bitib.
Həmin şəxs yenidən mağazaya qayıdıb və eyni marka olan bütün yağları yoxlayıb. Vitrində olan yağlardan nə az, nə çox, düz altı dənəsinin istifadə müddəti bitib. Alıcının "vaxtı keçmiş yağları niyə satışa qoymusunuz?" sualına isə satıcı "zor eləmişik" cavabı verib. Yəni "bir səhvdir eləmişik, diqqətsizliyi görə üzrlü sayın dərhal satışdan yığışdırarıq" yox ha, məhz "zor eləmişik". Satıcının bu cavabından sonra isə alıcı mağaza müdirinin çağırılmasını tələb etsə də, mağaza müdirinin olmadığı bildirilib.
Nəzərinizə çatdıraq ki, "Al market" mağazalar şəbəkəsi "Azərsun Holding" şirkətlər qrupuna daxildir. Məsələ ilə bağlı hər hansı açıqlama verilərsə Patrul.az olaraq işıqlandırmağa hazırıq.Patrul.az
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?