SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rəşad Tağıyev üçün ÇƏTİN DÖNƏM... BAŞLAYIR...

Rəşad Tağıyev üçün ÇƏTİN DÖNƏM... BAŞLAYIR...

Tarix:

28-03-2022, 08:54

/ 643 dəfə oxundu.
Rəşad Tağıyev üçün ÇƏTİN DÖNƏM... BAŞLAYIR...

"Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin fəaliyyəti aktiv fazaya keçməyə başlayır. 6 aydan artıqdır Şəmkir kimi strateji kənd təsərrüfatı, turizm, sosial iqtisadi fəal əhəmiyyətli rayona rəhbərlik edən bu gənc oğlanın ötən müddət ərzində ən böyük uğuru Bakıdan öz yaxın dostu Alışan Yusifovu Şəmkir Kommunal Müəssisələr Kombinatına rəis gətirməsi olmuşdur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra qeyd olunur: "İctimai-siyasi işlərdən azca anlayışı olan hər kəs açıq aydın bilir ki, icra hakimiyyətləri ilə bağlı aparılmış islahatlar nəticəsində bütün büdcə təşkilatları, yəni talanası idarələr icra hakimiyyətlərinin tabeliyindən çıxarılmışdır. Hazırda icra hakimiyyətlərinin "ən gəlirli " sahəsi Kommunal Müəssisələr Kombinatlarıdır. Təbii ki, Bakı şəhər Baş Təhsil İdarəsi kimi yeyintili bir sahədən uzaqlaşmağı özünə həzm edə bilməyən Rəşad Tağıyev, təcili olaraq Alışan Yusifovu Şəmkirə transfer etdi. Alışan Yusifov da "öz üzərinə düşən vəzifələri yüksək səviyyədə" yerinə yetirməkdədir. Əldə etdiyimiz məlumata görə, Şəmkir rayonuna 700 ə yaxın sosial kart ayrılıb. Lakin Şəmkirdə yaşayan hər kəs təsdiq edə bilər ki, gün yox, heç ay ərzində 700 nəfər işçi Şəmkir rayonu ərazisində gözə görünmür. Nəzərə alsaq ki, hal hazırda minimum əməkhaqqı 300 manatdır, ay ərzində dövriyyə edən vəsaitləri özünüz hesablayın.

RƏŞAD TAĞIYEVİN İDARƏETMƏ DÜŞÜNCƏSİ...

Rəşad Tağıyev öz üzərindən diqqətləri bir az da yayındırmaq məqsədi ilə, Bakı şəhərindən yaxın dostunu özünə 1 ci müavin gətirməyə çalışır. Bununla bağlı bizlərdə dəqiq məlumat olmasına baxmayaraq, hələlik bunu açıqlamağı zülum bilmirik. Nəzərə alsaq ki, Rəşad Tağıyev 6 aydan artıqdır ki bu işin üzərində çox ciddi çalışır, deməli artıq işin nəticəsini yaxın günlərdə biləcəyik. Rəşad Tağıyev Şəmkir və Şəmkirlilərə nifrətini bu addımı ilə sübut etməyə çalışır. 223 mindən artıq əhalisi olan, insanları işsizlikdən Rusiya bazarlarında əziyyət çəkən bir rayona kənardan 1 ci müavin gətirmək, nifrətin kulminasiya nöqtəsi olacaq.
Aprel ayı ərzində Rəşad Tağıyevin gündəlik fəaliyyəti barədə çox ciddi araşdırma və təhlillər aparacağıq. Nəzərə almaq lazımdır ki, KİV lərdə gedən yazılardan sonra Rəşad müəllim öz fəaliyyətində düzəlişlər edir, bizə də xoşdur ki buradan ona görmək istədiklərimizi çatdıraq. Çünki başqa cür bu gənc oğlanla danışmaq mümkün deyil. Hər vətəndaş görüşündə sadə insanlar üzünə qarşı deyir ki, ətrafında Alimpaşa Məmmədovdan qalmış yaramaz məmurları təmizlə, bunlardan canını qurtarmasan, öz fəaliyyətini qura bilməyəcəksən. Amma gənc oğlan bu deyilənlərə nəinki riayət etmək, əksinə dirəniş göstərmək, o kadrları ağ günə çıxarmağa çalışır. Amma nəzərə almır ki, zamanında həmin bu siyasi təcrübəsiz kadrların yarıtmaz fəaliyyəti nəticəsində Şəmkir rayonunun tarixinə " başçısı həbs olunmuş rayon " damğası vuruldu.
Rəşad Tağıyev bir müddətdie öz bahalı avtomobili ilə rayonda görünmür. Buna görə də təşəkkür edirik. Ən azından işsizlikdən əziyyət çəkən insanlarda qıcıq yaratmır.
Növbəti yazımızda 1 ci müavinlik uğrunda gedən amansız mübarizə, Qüdrət Əliyevin rayon daxilində yaratdığı intriqa haqqında geniş yazacağıq..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ