Zelenski hökuməti Qubanın icra baçşısından yardım istədi - FOTOFAKT
Ukraynanın İvano-Frankivski Regional Hərbi Administrasiyasının, həmçinin Regional Dövlət Administrasiyasının rəhbəri Svetlana Onyişçuk Qubanın icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin oğlu Nicat Əlibəyliyə rəsmi müraciət edib.
Məktubda hərbi ehtiyaclar üçün (bədən zirehləri, Kevlar dəbilqələri), tibbi ləvazimatlar (dərmanlar, alətlər, avadanlıq), ərzaq, gigiyenik vasitələr, məcburi köçkünlər üçün məişət əşyaları (döşəklər, yorğanlar, yataq örtüyü, dəsmallar, qatlanan çarpayılar), fövqəladə hallar zamanı yardım üçün, ümumiyyətlə humanitar yardım məqsədilə vəsait ayırmaq xahiş olunur.
Ukrayna hökumətinin göndərdiyi humanitar məktub
Onu da qeyd edək ki, Ziyəddin Əliyevin dünyanın bir neçə ölkəsində, o cümlədən Ukraynada da böyük biznesi, şirkətləri, zavodları olduğu heç kəsə sirr deyil.
Xatırladaq ki, Nicat Əlibəyli atasının Ukraynadakı biznesinə rəhbərlik edir.
Cəmil Məmmədli //Voicepress.az//
XalqXeber.Az





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...