İmişlidə fəhlə işi 800 MANATADIR... - GİLEY
"Mən İmişli rayon Qızılkənd kənd sakiniyəm, eyni zamanda YAP-ın İmişli rayon təşkilatının üzvüyəm. 3 ildir İmişli Məşğulluq Mərkəzində işsiz kimi qeydiyatdayam". Bu sözlər DİA.AZ-a müraciət edən İmişli sakini İmanov Təyyar Abbas oğlunun gileyində yer alıb.
Daha sonra narazı vətəndaş yazır: "Ölkə Prezdenti İlham Əliyev Cənabına, 1-ci Vitse Prezdent Mehriban Xanım Əliyevaya, DOST İş Mərkəzinin idarə heyətinin sədrinə, Dövlət Məşğulluq Agentliyinin idarə heyətin sədrinə məktublar göndərmişəm. Təxminən 3 dəfə İmişli rayonunun İcra Başçısı Elçin Rzayevin qəbulunda olmuşam. 50 dəfə İmişli Məşğulluq Mərkəzinin direktoru Nohfəl Atakişiyevin, 4 dəfə Saatlı regional məşğulluq mərkəzinin rəisinin qəbulunda olmuşam... Xahiş etmişəm ki, mən aztəminatlı Azərbaycan vətandaşıyam, məni DOST-iş mərkəzinin İmişli rayon idarəsinə ictimai (fəhlə) işinə götrülməyimə, ailəmə çörək pulu qazanmağıma köməklik göstərəsiniz.
Çox təəssüf ki, DOST iş mərkəzi mənim müraciətmi yönəldir Dövlət Məşğulluq Agentliyinə... DMA da göndərir DOST-un üstünə... Yenidən DOST göndərir rayon icra başçısın üstünə... 3 ildir deyirlər, tələsmə, vakansiya olsun... Amma 3 ildə 50 nəfər işə götrlüb, kimin tapşırılası adamı, 800 manat pulu varsa, onları işə götrürlər...
Təsəvvür edin, kəndimizdə bir nəfər DOST iş mərkəzin imişli rayon idarəsindən öz ərizəsi ilə işdən çıxır... Dedib deyirəm, məni çıxan vətandaşın yerinə götürün... Deyillər narahat olma...
Amma hələ də işsizəm..."
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?