Goranboyda əməkhaqqı kartlarının dəyişdirilməsi adıilə müəllimlərdən pul yığılır - İDDİA
Goranboy Təhsil Şöbəsində (TŞ) rüşvətxorluq tüğyan edir. Redaksiyamıza məlumat verən məktəb müəllimləri Təhsil naziri Emin Əmrullayevi bu TŞ-nə diqqət ayırmağa çağırırlar. Onlar bildirirlər ki, rayon təhsil şöbəsi təhsil müəssisəsindən çox, bazara bənzəməkdədir.
Xalqxeber.az xəbər verir ki, bununla bağlı dünyanınsəsi.az-a məlumat verən müəllimlər bildirir ki,hər il müxtəlif adlarla məktəblərdən pul yığılırdı. Bu il isə Goranboy rayon Təhsil Şöbəsindən (TŞ) göstəriş verilib ki, direkotorlar rəhbərlik etdiyi kollektivdən kapital banka məxsus olan əməkhaqqı kartlarının yenilənməsinə görə 3 manatdan pul yığsınlar.Məlumat verən müəllimlər bildirirlər ki, əvvəllər kartalrımızı özümüz gedib Kapital Bankdan alırdıq.İndi işbazlar yeni qayda qoyub ki, əməkhaqqı kartlarını mütləq TŞ alıb verməlidir.VƏ bu adla bizi direktorlar fakt qarşısında qoyaraq məcbur edir ki, pulunuzu verməsiniz əməkhaqqı kartlarınızı ala bilməyəcəksiniz.
Goranboy rayonun M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində də anoloji vəziyyət davam edir.Məhz həmin məktəbin direktoru Gültəkin Cəfərovanın tələb etdiyi “taksa”ya etiraz edənlərdə olub. Direktor isə müəllimlərə deyib ki, bu pul yığımından hətta icra başçısının da xəbəri var.Hara və kimə şikayət edirsinizsə edin.Çıxılmaz vəziyyətdə qalan müəllimlər “Novruz Bayramı” ərəfəsində məcburən olsada bazarlıq etmək üçün tələb edilən məbləği ödəyiblər.
Redaksiya olaraq bizdə Goraanboy TŞ-də iddia olunan pul yığımı ilə bağlı hüquq mühavizə orqanların rəhbərliklərindən bu məsələnin araşdırlmasını eləcədə içtimaiətə açıqlama verilməsini xahiş edirk.
Xəbər saytı olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?