SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İki generaldan Prezidentə şikayət – “80 min pulumu alıblar”

İki generaldan Prezidentə şikayət – “80 min pulumu alıblar”

Tarix:

17-03-2022, 14:24

/ 466 dəfə oxundu.
İki generaldan Prezidentə şikayət – “80 min pulumu alıblar”


Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin və digərilərinin cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

İş üzrə zərərçəkən Hüseyn Səfərov ona qarşı baş verən, lakin bu günə qədər araşdırılmayan cinayət əməli ilə bağlı ölkə prezidenti İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə şikayət məktubu yollayıb.

Zərərçəkən ölkə rəhbərliyinə müraciətində yazır:

“Hörmətli cənab prezident,

Sizin rəhbərliyiniz altında Milli Təhlükəsizlik Nazirliyində Eldar Mahmudovun başçılığı ilə yuva salmış mütəşəkkil cinayətkar quldur dəstə ifşa olundu.

Mən, Hüseyn Səfərov həmin mütəşəkkil cinayətkar quldur dəstənin cinayətləri ilə üz-üzə qalmış Azərbaycan vətəndaşıyam.

Hazırda mən Mövlam Şıxəliyevin cinayət işi üzrə 36 nəfər zərərçəkən şəxsdən biriyəm.

Hörmətli cənab prezident,

İbtidai istintaq zamanı açıqladığım, lakin istintaqın araşdırmaqdan yayındığı bir faktın da araşdırılmasının təmin edilməsini Sizdən xahiş edirəm.

Milli Təhülükəsizlik Nazirliyi tərəfindən qanunsuz və əsassız həbs edildikdən sonra Mövlam Şıxəliyev  “Texnikabank” işi ilə əlaqədar zərərçəkən Rövşən Hüseynovun banka əmanət kimi qoyduğu pulu da mənə ödətdirməyə çalışırdı. O vaxt Mövlam Şıxəliyev dedi ki, gəl pulu ödə. Mən də qəti şəkildə ödəməkdən imtina etdim. Həmin vaxt Mövlam Şıxəliyevgil mənim azad edilməyim üçün ailəmdən 2 milyon dollar almağa çalışırdılar. Belə də oldu. Ailəm evlərimizi, maşınlarımızı, övladlarım qızıl-zinət əşyalarını satıb Mövlam Şıxəliyevgilin tələb etdiyi məbləği ödədilər. Bundan sonra Mövlam Şıxəliyev həkim çağırdı, mənim ağır xəstə olduğumu yazdırdı və həkimin arayışını əsas tutub məni azad etdilər.

Qanunsuz həbsdən azad edildikdən sonra da Mövlam Şıxəliyev əl çəkmirdi. Sonradan Mövlam Şıxəliyevin vasitəsi ilə məni Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. O zaman “Kapital” bankın filial müdiri idim. İdarənin şöbə rəisi Şahin (050 211 50 0X) Banka depozit qoymaq adı ilə iş otağıma gəldi. Onun ardınca da 5-6 nəfər “bandotdel” işçisi bankdakı iş otağıma soxuldular. Sanki təhlükəli bir cinayətkarın tutulmasına gəlmişdilər. Bu əməliyyata Teyyub(050 211-69-0X) adında şöbə rəisi rəhbərlik edirdi.  Məni özləri ilə “banditizm”ə apardılar. Dedilər ki, əməliyyatı Mirqafar Seyidovun tapşırğı ilə keçiririk. Mirqafar Seyidovun kabinetinə getdik. Mirqafar Seyidov dedi ki, Ramil Usubovun qohumu var, “QAİ” işçisi Rövşən Hüseynov (050 300-16-0X), onun “Texnikabank”a əmanət qoyduğu 80 min dolları sən ödəməlisən. Etiraz elədim, Mirqafar Seyidov dedi ki, nazirin tapşırığıdır, pulu verməsən səni buradan buraxmayacağıq.

Hörmətli cənab prezident,

Yaxın qohumlarımdan birini Mirqafar Seyidovun yanına göndərərək məndən aldığı 80 min dolların geri qaytarmasını istədim. Mirqafar Seyidov da qohumuma deyib ki, əgər ondan şikayət etsək, Hüseyn Səfərovun, ailə üzvlərinin və yaxınlarının başına oyun açaram. İstəsəm həbs etdirərəm, istəsəm də kriminal aləm üzvlərinə tapşıraram, onu vurarlar, bu dəqiqə aradan götürərlər. Mirqafar Seyidov deyir ki, Hüseyn Səfərov pulunu gedib Ramil Usubovdan alsın. Şikayət yazsa, mən Kamran Əliyevlə yaxınam, zəng edib onu tutduracağam.

Hörmətli cənab prezident,

Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsində bu faktın araşdırılmasından yayınırlar. Mövlam Şıxəliyevin Mirqafar Seyidovla əlbir olaraq mənə qarşı törətdikləri cinayəti araşdırmaq istəmirlər. Sizdən xahiş edirəm ki, mənə qarşı törədilmiş cinayətin araşdırılması üçün Baş Prokurorluğa müvafiq tapşırıq verilsin, məndən hədə-qorxu ilə Mirqafar Seyidov tərəfindən alınan  80 min dollar geri qaytarılsın.

Şikayətdə adı çəkilən Rövşən Hüseynovla əlaqə saxladıq. O, “Texnikabank”a əmanət qoymasını, həmin əmanətin Hüseyn Səfərova ödətdirilməsini, Ramil Usubovla qohumluq əlaqələrini inkar etdi.

Lakin “Texnikabank” işi üzrə MTN-də aparılmış 613 saylı cinayət işində Rövşən Hüseynovun adı keçir və banka 100 min dollar əmanət qoyması qeyd olunur”.

Jamaz.info

Şərhlər

XƏBƏR LENTİ